Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:50

UNESCO 2013-cü ili «Seyid Yəhya ili» elan etdi


Seyid Yəhya türbəsi
Seyid Yəhya türbəsi
-
UNESCO 2013-cü ili «Seyid Yəhya ili» elan edib.

Xəbəri Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi yayıb.

İslamda xəlvətilik sufi məktəbinin qurucularından sayılan Seyid Yəhya Şirvani Bakuvinin ölümündən 550 il keçir.

Xəbərdə bildirilir ki, «Miras» Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (İB) bu il silsilə tədbirlər keçirməyi planlaşdırır.

İlk tədbir --Seyid Yəhya Şirvani irsinə həsr edilmiş seminar aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində keçiriləcək.

Seyid Yəhya Şamaxıda doğulub.

Həyatının ən böyük dövrünü (40 il ) Bakıda keçirib.

Elə Bakıda da vəfat edib.

Mükəmməl təhsil alıb.

Üç dildə--ərəb, fars və Azərbaycan türkcəsində əsərlər (22 əsər) yazıb.

«Seyid» təxəllüsü ilə yazdığı farsca şeirləri də var.

Şirvanşah I Xəlillulahın saray alimlərindən olub.

Bakuvi XV əsrdən müsəlman aləmində geniş yayılan xəlvətilik təriqətinin ikinci qurucusudur.

Xəlvətiliyin bütün şöbə və qollarında oxunan xüsusi dua (vird) və yerinə yetirilməsi vacib olan üsul və qaydalar (ədəb) Bakuvi tərəfindən yazılıb və yayılıb.

Bakuvinin 20 minə yaxın müridi olub.

İçərişəhərdə Şirvanşahlar kompleksinin həyətində onun adını daşıyan Bakuvi türbəsi var.
XS
SM
MD
LG