Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:48

95 il əvvəl Bakıdan aparılmış kitablar geri qaytarıldı


Foto: Arxiv
Foto: Arxiv
-
Türkiyə vətəndaşı Maşide Niğmet Nuri paşanın qoşunları sırasında Azərbaycanı xilas etməyə gəlmiş ulu babasının vətənə qayıdarkən özü ilə apardığı iki əski çap kitabını AMEA M. Füzuli adına Əlyazmalar İnstitutuna təqdim edib.

Xəbəri institutun saytı yayıb.

Bunlar 1853-cü ildə İstanbulda çapdan çıxmış dini məzmunlu «Qırx kitab» və yenə İstanbulda nəşr edilmiş 1906-cı ildə Hafiz Məhəmməd Əsədinin «Dürri-yekta» kitablarıdır.
İnstitutunu direktor əvəzi Paşa Kərimovun AzadlıqRadiosuna bildirdiyinə görə, Maşide xanımın ulu babası Bakıda Nargində əsir düşən türk zabitlərindən olub.

Əsirlikdən xilas olandan sonra bir müddət Bakıda yaşayıb və sonra vətəninə dönüb.
Maşide Niğmet babasının İstanbula dönəndən sonra hərbi medala layiq görüldüyünü də bildirib.

Paşa Kərimov instituta təqdim edilmiş bu əski çap kitablarının yüksək elmi dəyəri olmasa da, tarixi özündə yaşadan yadigarlar kimi qiymətli olduğunu vurğuladı.
XS
SM
MD
LG