Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:53

Sosial şəbəkələrdə Misir Mərdanov sevinci- [Video]


-

İnformasiya oğurluğu

Facebook-dan birbaşa şərh yaz

Təhsil naziri Misir Mərdanovun vəzifəsindən çıxarıldığı bildirilir.

Hələlik məlumatı anonim mənbələr təsdiqləyir, amma rəsmi sərəncam açıqlanmayıb.

Sosial şəbəkələrdə isə "Misir Mərdanov"la başlayan statuslar isə virtual gundəmi tutub. Sosial şəbəkə istifadəçiləri təhsil nazirinin vəzifəsindən çıxarılmasına niyə sevinir? Təhsildə problem nazirdə idi, ya sistemdə?
Bundan başqa Azadlıq FM-də informasiya təhlükəsizliyindən danışmışıq.
Beynəlxalq hakerler qrupu nazir Əli Abbasovun şəkillərini oğurlayıb. Rabitə və İnformasiya Texnologiyaları nazirliyində baş vermiş bu internet oğurluğu gündəmə informasiya təhlükəsizliyi məsələsini gətirib.
Adamların şəxsi, bank məlumatları indi kompüterdə toplanır. Bəs bu məlumatların təhlükəsizliyinə kim cavabdehdir? İnformasiya oğurluğunun qarşısını almaq yolları nədir?

Ekspert Cahid İsmayıloğlu:
- RİTN-in saytına internetə çıxışı olan serverlerden müdaxilə edilib. Bu vəziyyət göstərir ki, informasiya təhlükəsizliyi məsələsini ikinci plana atmaq olmaz.
- Veb serverdə şəxsi məlumatlar saxlanılmır. Belə qənaətə gəlmək olar ki, şəxsi kompüterlərdə olan məlumatlar oğurlanıb.
- Bu medaxilə kibercinayətkarlıqdır.
- Hər bir şəxs texniki imkanlardan istifadə edib öz məlumatlarının mühafizə etməlidir.
Ekspert Osman Gündüz:
- Anonymous haker qrupunun Azərbaycana hücumu ciddi hadisədir. Bu haqda düşünmək lazımdır. Belə hücumlar milli təhlükəsizlik üçün problemdir. Belə hücumlar olanda nazirlik deyir ki, narahat olmayın. Amma milli təhlükəsizlik pozulub...
- Anonymous-un ələ keçirdiyi sənədlər ciddi sənədlər də ola bilər...
- Son zamanlarda dövlət qurumları internetdə məlumatların qorunmasıyla bağlı ciddi adımlar atdılar. Bu çox müsbət haldır.

- RİTN-in saytına müdaxilə kifayət qədər ciddi bir hadisədir. Təsadüfi deyil. Düşünülmüş bir məsələdir.

AzadlıqFM-də Misir Mərdanovu əvəz etmiş Mikayıl Cabbarovun təyinatı haqda da danışılıb:

Təhsil eksperti Nabatəli Qulamov:

- Azərbaycan təhsil sistemi siyasi sistemin bir hissədir. Facebook-da Təhsil Naziri Misir Mərdanovla bağlı yazılan tənqidlərin çoxu ilə razılaşmaq lazımdır.
- Təhsil problemləri şəxslərdən aslı deyil.
- Mən inanmıram ki, Mikayıl Cabbarov məktəblərdəki seçki qutularında şəffaflıq yarada bilsin. Hər seçkidə məktəb direktorları, müəllimlər seçkini saxtalaşdırır.
- Yeni nazirin tərcümeyi halı da ümidlər vermir.
- Misir Mərdanov bilirdi ki, təhsil sistemi korrupsiya, rüşvət içindədir.

- Təhsil sistemi demokratikləşməlidir.
XS
SM
MD
LG