Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:52

İqtisadi İnkişaf nazirindən fərqli görüş


Şahin Mustafayev vətəndaşları qəbul edir - 20 aprel 2013
Şahin Mustafayev vətəndaşları qəbul edir - 20 aprel 2013
-
Aprelin 20-də İqtisadi İnkişaf naziri Şahin Mustafayev Şirvan şəhərində və ona yaxın 9 rayonda yaşayan vətəndaşları qəbul edib.

FƏRQLİ GƏLİŞ

Şahin Mustafayevin Şirvan görüşü digər məmurların görüşlərindən fərqli olub. O, yerlərdə vətəndaşları qəbul edən digər məmurlardan fərqli olaraq görüşə vaxtından tez gəlib. Üstəlik, gəlişi zamanı ətrafda polis və mülkigeyimlilər gözə dəyməyib. Qəbul keçirilən müddətdə Şirvan Mədəniyyət Sarayının qapısı da hamı üçün açıq olub. Ünvanı səhv gələnlər belə geri qaytarılmayıb. Hətta günün ikinci yarısında da qəbula yazılanlar olub.

«KREDİT VERİN, İŞ YERİNİ ÖZÜMÜZ AÇAQ»

Şirvandan olan işadamı Həsən Həsənov deyir ki, yüksəkfaizli kreditlər adamların əl-qolunu bağlayır:

«Əhalinin 95%-i kredit alıb, bəziləri 2-3 banka borcludur. Kommersiya bankları əhalini soyur. Mərkəzi Bank bu banklara 2-3%-lə kredit təklif edirsə, nəyə görə onlar bunu əhaliyə heç ikiqat bahasına da paylamırlar? Öz vəsaitimiz ola-ola, niyə kredit bazarına Norveç, alman kapitalı cəlb edilib?».

Nazir qəbula gələnlərə bütün şikayətlərin diqqətlə araşdırılacağını deyib
Nazir qəbula gələnlərə bütün şikayətlərin diqqətlə araşdırılacağını deyib
Biləsuvar rayonunun İsmətli kəndindən olan İxtiyar Ağayev də kredit məsələsindən gileylənib. Dediyinə görə, 2008-ci ildən bəri güzəştli şərtlərlə kredit almaq üçün göstərdiyi cəhdlər səmərəsiz olub:

«Ailəm 11 nəfərdən ibarətdir, heç biri də işləmir. Ailəmizə güzəştli şərtlərlə kredit versələr, bu, elə 11 nəfərin işlə təmin olunması deməkdir. Təkcə prezidentin adına 30 ərizə yazmışam. Sahibkarlığa Kömək Milli Fondu bizə məsləhət görür ki, müvəkkil banklara müraciət edək. Kənddəki evimi banka girov təklif edəndə, razılaşmır, deyir ev gərək Bakı şəhərində, ya da, heç olmasa, rayon mərkəzində olsun».

YOL PROBLEMİ

Sabirabad rayonunun Cəngən kəndindən olan Dünyamalı Əmənov nazirə Şirvanla Salyanı birləşdirən avtomobil yolunun bərbad olmasından şikayətlənib. O, dəmiryol xətti üzərindəki keçidin bağlanması üzündən əkin sahələrinə getmək üçün əlavə
Ətrafda polis və mülkigeyimlilər gözə dəyməyib
Ətrafda polis və mülkigeyimlilər gözə dəyməyib
15 km yol qət etməyin çətinliyini də nazirin diqqətinə çatdırıb.

«ADAM DA HEÇ ÖZ EVİNİ UÇURARMI?»

Sabirabad rayonunun Yaxa Dəllək kəndinin sakini Elmira Tapdıqova qızının ailəsinin acınacaqlı durumuna görə qəbula gəldiyini dedi:

«Qızımın həyat yoldaşı vəfat edib, 1 uşağı ilə başsız qalıb. Təbii fəlakət vaxtı evi uçub. Əvvəl söz vermişdilər tikiləcək. İndi də deyirlər ki, evi özünüz uçurmusunuz. Adam da heç öz evini uçurarmı?».

NAZİRİN VƏDİ

Nazir qəbula gələnlərə bütün şikayətlərin diqqətlə araşdırılacağını, hətta İqtisadi İnkişaf Nazirliyinə aidiyyəti olmayan problemlərin də həllinə çalışılacağını deyib.
XS
SM
MD
LG