Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:58

Solzhenitsyn adına Rus Mühacirlər Evi sökülməyəcək


Rus Mühacirlər Evi
Rus Mühacirlər Evi
-
Moskva rəhbərliyi Alexander Solzhenitsyn adına Rus Mühacirlər Evini sökməkdən imtina edib.

Xəbəri «RİA Novosti» yayıb.

Agentliyin bildirdiyinə görə, XVIII əsrin yadigarı olan binanı saxlamaq və rekonstruksiya etmək təklifi şəhər rəhbərliyi yanında şəhərsalma və mədəni irs obyektlərini qoruma məsələləri üzrə komissiyanın ekspertlərindən gəlib.

Ekspertlər bu nəticəyə gəliblər ki, bina qiymətli şəhərformalaşdırıcı obyekt və malikanələrdən biridir. Onların rəyinə görə, binanı sökmək yox, əksinə, onun mühafizə statusunu qaldırmaq lazımdır.

Maraqlıdır ki, Rus Mühacirlər Fondunun rəhbərliyi binanın sökülməsini, əvəzində yeni müasir korpusun tikilməsini istəyir.

Rekonstruksiya tərəfdarı olan Moskva rəhbərliyi fərqli qərar qəbul edib.

Əsaslı təmirin hansı istiqamətdə gedəcəyi yaxın vaxtlarda bilinəcək.

Alexander Solzhenitsyn adına Rus Mühacirlər Evi 1995-ci ildə yaradılıb. 2009-cu ilə qədər «Rus Mühacirlərin Kitabxana-Fondu» adını daşıyıb.

Bu fond rus mühacirətinin mədəni və mənəvi irsini qoruyub saxlayan böyük kompleksdir. Kitabxanası, arxivi, muzeyi, sərgi salonları, həm də nəşriyyatı var.

Fondda 80 min kitab və dövri nəşr, 18 min muzey eksponatı qorunur.

Bu qurum Rusiya mühacirətinin tarixini köklü şəkildə araşdırır.
XS
SM
MD
LG