Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:55

Astarada İrana buraxmırlar


Astara Gömrük Keçid Məntəqəsi
Astara Gömrük Keçid Məntəqəsi
-
Aprelin 30-da Astara Gömrük Keçid Məntəqəsindən İrana getmək istəyən Azərbaycan vətəndaşları geri qaytarılıb.

Bu barədə AzadlıqRadiosuna sərhəddən geri qaytarılanlardan biri, Astara rayon sakini Qurbanəli Əliyev məlumat verib.

Onun dediyinə görə, İran gömrükçüləri sərhədin 3 gün bağlı olacağını bildiriblər.

Qonşu ölkədən Azərbaycana gələnlərlə bağlı isə hər hansı problem yoxdur.

Hər gün Astara Gömrük Keçid Məntəqəsindən İrana 400-450 nəfər adam keçir. Onların arasında xırda ticarətlə məşğul olanlar üstünlük təşkil edir.

Astara Gömrük Keçid Məntəqəsindən məlumatı təsdiqləyiblər və bunun İran tərəfinin həyata keçirdiyi profilaktik tədbirlərlə bağlı olduğunu bildiriblər.
XS
SM
MD
LG