Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:25

Cabir Umudov. Hardasan, ağ atlı oğlan?


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin 20-liyindən


Cabir Umudov


Hardasan, ağ atlı oğlan?

Atın bəndəmi düşüb,
Işin fəndəmi düşüb,
Yoxsa yolun ayrılıb,
Başqa kəndəmi düşüb,
Hardasan, ağ atlı oğlan?

Ocaq tanış, yurd tanış,
Carə tanış, dərd tanış,
Mən sirr dağarcığıyam,
Aç sirrini mənə danış.
Hardasan, ağ atlı oğlan?

Düşmən soraq aldımı?
Qisas sura qaldımı?
Yollar daşlı, çınqıllı,
Atın qaranaldımı,
Hardasan, ağ atlı oğlan?

Qılınc qında yatır gəl,
Lazım gələr,götür gəl,
Sən ki, vədə vermişdin,
Vədən artıq ötür gəl,
Hardasan, ağ atlı oğlan?

Haqqını təpər eylə,
Sinəni sipər eylə,
Gözümüz yolda qalıb,
Gəlmirsən xəbər eylə.
Hardasan, ağ atlı oğlan?
XS
SM
MD
LG