Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 20:18

Azərbaycanda diabet xəstəsinin sayı arta bilər


Arxiv foto
Arxiv foto
-
«Azərbaycanda daha 600 mindən artıq şəxs diabetə düçar ola bilər. Bu, çox qorxulu rəqəmdir».
APA-nın məlumatına görə, bunu «Diabet: XXI əsrin çağırışları» mövzusunda keçirilən dəyirmi masada Beynəlxalq Diabet Federasiyasının prezidenti Sir Michael Hirst deyib.
Hazırda dünyada 371 milyondan çox insan bu xəstəliyin daşıyıcısı olduğunu bildirən Federasiya prezidenti yaxın 20 ildə bu rəqəmin 550 milyonu ötəcəyini vurğulayıb.
«Diabet bütün dünya üçün böyük problemdir. İkinci tip diabet xəstələrinin sayının gündən-günə artacağı gözlənilir. Diabet hər ailənin və dövlətin büdcəsinə böyük təsir edir. Lakin diabetin qarşısını almaq mümkündür. Həyat şəraitini yaxşılaşdırmaq, sağlam qidalanma, fiziki aktivliklə diabetin qarşısını almaq olar».
Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova Azərbaycanda şəkərli diabet xəstəliyi ilə mübarizənin dövlət səviyyəsində aparıldığını qeyd edib.
O, ötən il ölkə prezidentinə müraciətindən sonra 2013-cü ildə dövlət büdcəsindən şəkərli diabet xəstələrinə ayrılan maliyyə vəsaitinin 2,8 dəfə artırılaraq 35,4 milyon manata çatdırıldığını da qeyd edib.
XS
SM
MD
LG