Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 14:00

Müsəlmanlara görə deputat toxunulmzalığını itirə bilər


Marine Le Pen
Marine Le Pen
-
Fransanın ifrat sağçı siyasətçisi Milli Cəbhənin lideri Marine Le Pen müsəlman ibadətlərini nasist işğalına bənzətmişdi. Onun bu ifadəsi böyük rezonans doğurmuşdu.
Mətbuatın yazdığına görə, Avropa Parlamenti komitəsinin gizli səsverməsi nəticəsində xanım Le Pen-in deputat toxunulmazlığının ləğv edilməsi onun irqçilik ittihamı ilə mühakiməsinə yol aça bilər.
Qəzetlər yazır ki, Marine Le Pen-nin toxunulmazlığının ləğvi üçün iki il müddət lazım gəlib.
Milli Cəbhənin lideri Le Pen 2010-cu ildə keçirilən bir minitinqdə Fransada müsəlman ibadətlərinin küçələrdə keçirildiyi yerləri nasist işğalı altında olan ərazilərlə müqayisə etmişdi.
«İkinci Dünya Müharibəsindən danışmaq istəyənlər üçün deyim ki, söhbət işğaldan gedirsə, müsəlmanların küçələrdə ibadət etdikləri yerlər elə işğal altında olan ərazilərdir» - xanım Le Pen Lion şəhərində keçirilən mitinqdə demişdi.
2012-ci ilin dekabrında Fransanın hakimiyyət orqanları Le Pen-in mühakimə oluna bilməsi üçün üzvü olduğu Avropa Parlamentindən onun toxunulmazlığının ləğv edilməsini istəmişdi.
HƏR HALDA «İŞĞAL» DA LƏĞV EDİLİB
BBC xəbər verir ki, parlament komitəsi böyük səs çoxluğu ilə xanım Le Pen-in deputat toxunulmazlığını ləğv edib.
Xəbər verilir ki, parlament hələlik bu qərarını ratifikasiya etməyib, lakin çox güman, ratifakasiya formal xarakter daşıyacaq.
Xanım Le Pen Milli Cəbhənin liderliyini atasından qəbul edib.
Onun atası Jean-Marie Le Pen cəbhənin lideri olduğu vaxtlarda bir neçə dəfə irqçilik və anti-semitizm ittihamları ilə mühakimə olunmuşdu.
Xanım Le Pen 2012-ci il Fransa prezidenti seçkilərinin birinci dövrəsində seçici səslərinin 18 faizini yığa bilmişdi.
Bu, Milli Cəbhənin tarixində ən böyük müvəffəqiyyət idi.
Fransada 6 milyon müsəlmanın yaşadığı təxmin edilir.
2011-ci ildə ifrat sağçıların tələbi ilə küçələrdə namaz qılınması qadağan edilib.

Sayta hazırladı: Zülfüqar Rüfətoğlu
XS
SM
MD
LG