Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:28

Gənc Tamaşaçılar Teatrı «İtalyansayağı xoşbəxtlik» daddı


Dövlət Gənc Tamaşaçılar Teatrı
Dövlət Gənc Tamaşaçılar Teatrı
-
Dövlət Gənc Tamaşaçılar Teatrında «İtalyansayağı xoşbəxtlik» tamaşasının premyerası olub.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.

Görkəmli İtalyan dramaturqları Dario Fonun «Markolfa» və Pepino de Filipponun «Don Raffael Tranbomçu» əsərlərinin əsasında hazırlanmış ikihissəli farsın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rəqslərin quruluşçusu və plastik həlli Əməkdar artist Boris Lukinski, bədii tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradova, tryukların quruluşçusu İsa Əsədovdur.

36 aydır evində xadiməlik etdiyi sahibi – Markiz Treratedən bir qara qəpik almayan Markolfa bir anda uduşlu lotereyadan zənginləşir. Eyni gündə 3 nəfər – Cuzeppe (ev sahibinin ona külli miqdarda borcu var), Markiz Trerate (borc içində üzür), Cuzeppe (30 ildir ki, Markolfa ilə nişanlıdır) ona evlilik təklif edirlər. Elə bütün hadisələr bundan sonra başlayır...

Tamaşanın ikinci hissəsində nümayiş etdirilən «Don Raffael Tranbomçu» mahiyyət və süjet xətti ilə «Markolfa» ilə çox oxşardır. Əvvəlki tamaşada olduğu kimi, burada da hadisələr pul ətrafında cərəyan edir. Bir anda böyük məbləğdə pula sahib olan Don Raffael elə bir anın içində də müflisləşir...

Xəbərdə bildirilir ki, maraqlı səhnə tərtibatı, uğurlu aktyor seçimi, qəhrəmanların hiss və həyəcanlarını real yaşamaq bacarığı, uyğun seçilən musiqi və geyimlər tamaşanın uğurundan xəbər verir.

Tamaşada rolları Əməkdar artistlər Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov, Nofəl Vəliyev, aktyorlar Şəbnəm Hüseynova, İradə Rəşidova, Məhərrəm Musayev, Elnur Hüseynov və Eşqin Quliyev ifa edirlər.

İlk tamaşa teatr ictimaiyyəti və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
XS
SM
MD
LG