Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:11

Türkiyədə birliklər tətil etməyi planlaşdırır [VİDEO]


Ankarada səhər saatlarında etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Ankarada səhər saatlarında etirazlar davam edir


-

İyunun 15-də Erdogan ultimatum verdi. Bundan bir qədər sonra İstanbul polisi Gezi parkını nəzarətə almaq üçün hərəkət keçdi. Gezi parkı boşaldılsa da, etirazlar Taksim ətrafı küçələrə yayıldı. Bu yazı daim yeniləndiyindən ən sonuncu xəbərlər yuxarıda yerləşdirlir. Azadlıqda qalın

TÜRKİYƏDƏ BİRLİKLƏR TƏTİL ETMƏYİ PLANLAŞDIRIR

17 İYUN - 11.00


Türkiyədə baş nazir Recep Tayyip Erdogan əleyhinə aksiyalar davam etdiyi ərəfədə bir sıra birliklər iyunun 17-də tətil etməyi planlaşdırır. Tətilə həkimlərin, mühəndislərin, diş həkimlərinin qoşulacağı gözlənir.

İki həftədən çoxdur İstanbulun Taksim meydanı hökumət əleyhinə nümayişlərin episentri olub.

Dünən Erdogan İstanbulda mitinq keçirərək, Gezi Parkındakı etirazların «terrorçular» tərəfindən idarə edildiyini bildirib. Həmçinin diktator kimi davranması ilə bağlı iddiaları da qəbul etməyib.

İyunun 16-na keçən gecə polis Gezi Parkındakı etiraz aksiyalarını dağıdıb. Təhlükəsizlik qüvvələri etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə edib.

21:00 - ERDOGAN: "CNN, REUTERS, BUNU DA GÖSTƏR!"

R. T. Erdogan
R. T. Erdogan
İstanbulun Kazılçeşmə meydanında Erdogan tərəfdarlarının izdihamlı mitinqi keçirildi. Baş nazir Recep Tayyip Erdogan bura toplaşan adamlarn sayını nəzərdə tutaraq:"CNN, Reuters, bunu da göstər! Günlərlə dünyaya yalan Türkiyə göstərirsiz. Bu millət qazan döyəcləyən millət deyil. Bu" millət səmimi millətdir." - deyə Erdogan beynəlalq medianı ittiham etdiyi vaxt, tamamilə polis nəzarəti altında olan Taksim meydanı yaxınlığında polis bir neçə jurnalisti həbs etdi. Milliyet.tv-in məlumatına görə bu jurnalistlər Türkiyədə media əməkdaşlarını fərqləndirən "sarı kart"ları olmadığından saxlanılıb.

19:00 - ISTANBUL VALİSİ ŞƏHƏR SAKİNLƏRİNƏ MÜRACİƏT EDİR

İstanbul valisi Huseyn Avni Mutlu şəhər əhalisinə müraciət edərək onlarıdan Erdogan tərəfdarlarının saat 16-da Taksim meydanında elan olunan mitinqinə qoşulmamağı xahiş edib. Onun sözlərinə görə yeni mitinqlər vəziyyəti daha da gərginləşdirilə bilər. Vali söz verib ki, şəhərdə sabitlik bərpa olunandan sonra mitinqlərin keçirilməsi mümkün olacaq.

İyunun 16-da Ankarada polislə etirazçılar arsında yenidən toqquşmalar baş verib.


16:00 - TİBB İŞÇİLƏRİNƏ TƏZYİQ

Türkiyə mətbuatının yazdığına görə, hazırda Taksim meydanında sakitlikdir. Meydanda təmizlik işləri aparılır, yaşıllıq salınır.

Mərkəzi küçələrdə polislə etirazçılar arasında ara-sıra toqquşmalar davam edir. Toqquşmalardan biri İstanbulun böyük ticarət mərkəzi olan «Cəvahir»də baş verib.

Mətbuatın yazdığına görə, yaralı etirazçılara tibbi yardım göstərən tibb işçiləri də polisin təzyiqi ilə üzləşib.

13:10 - TAKSİMDƏ YENİ QARŞIDURMA

Bakı vaxtilə təqribən 12 radələrində etirazçılar yenidən Taksim meydanına toplaşmağa başlayıb. Təxminən 12:55-də isə Atatürk Kültür Mərkəzi yaxınlığında növbə çəkən Çevik Alay Polisi Taksimə yenidən müdaxilə edib. Hazırda polislə etirazçılar arasında qarşıdurma davam edir.

12:25 - TAKSİMƏ GİRİŞƏ İCAZƏ VERİLMİR

Taksim meydanı
Taksim meydanı
Hazırda Taksim meydanı polisin nəzarətindədir. Meydana avtomobil və piyada girişinə icazə verilmir. Ərazidə yalnız polis, jurnalist və təmizlik işçiləridir.

Bir qrup etirazçı isə hələ də «Divan» otelinin qarşısındadır. Gecə boyu davam edən qarşıdurmadan sonra hazırda ərazidə sakitlikdir.

12:10 - ABŞ-DA TAKSİMDƏN CANLI YAYIM TƏLƏBİ

Nyu Yorkda bir qrup etirazçı CNN televiziyasının binası önünə toplaşıb. Türk mətbuatı bildirir ki, etirazçılar CNN-nin Taksimdən yayımını davam etdirməsini tələb edib:

«Təşəkkürlər CNN, amma bizim daha artığına ehtiyacımız var», etirazçıların plakatlarında belə yazılıb.

Bu arada bu gün – iyunun 16-da İstanbulun Taksim meydanında Recep Tayyip Erdogan-ın mitinq keçirəcəyi gözlənilir.


GEZİ PARKI POLİSİN NƏZARƏTİNƏ KEÇİB

16 İYUN - 11:30


İyunun 15-də gecə saatlarında İstanbul polisi Gezi parkını etirazçılardan təmizlədikdən sonra da etirazlar səngiməyib. Türkiyə mətbuatının yazdığına görə, gecə boyu şəhərin fərqli yerlərində etirazçılar Taksimə doğru irəliləməyə cəhd edib, lakin polis maneəsi ilə üzləşiblər.

Etirazçılarla polis arasında ciddi qarşıdurmalardan biri «Divan» otelinin qarşısında baş verib.

Arxiv foto: Ankara
Arxiv foto: Ankara
İstanbulun Harbiyə istiqamətinə keçmək istəyən polislərə etirazçılar mane olublar. Polis təzyiqli su və bibər qazından istifadə edib.

Bu zaman ərazidə olan Almaniya Yaşıllar partiyasının həmsədri Claudia Roth da gözyaşardıcı qazdan xəsarət alıb. O, Almaniyanın «ZDF» kanalına açıqlamasında «olanların canlı şahidiyəm. Müharibədəki kimi idi. Qadın, uşaq demədən qaz bombası atılırdı» deyib.

Türkiyə mediası xəbər verir ki, ötən gün xəsarət alanların sayı 40-dan çox olub. İstanbul valisi Hüseyin Avni Mutlu etirazlar zamanı bəzi qrupların silahdan istifadə etdiyini bildirib. O, nəticədə iki polisin yaralandığını qeyd edib.

Taksimə dəstək aksiyası Türkiyənin bir sıra şəhərlərində, o cümlədən paytaxt Ankarada da keçirilib.

15 İYUN - TÜRKİYƏ POLİSİ GEZİ PARKINA DAXİL OLUR

İyunun 15-də İstanbul polisi Gezi parkını etirazçılardan təmizləməyə başladı. Günün 2-ci yarısıında su şırnağı maşnlarının müşayəti ilə polis sıraları parka hücuma keçdi. Əraziyə çoxlu gözyaşardıcı qaz buraxıldı. Etirazçlardan bir qismi yaxınıiqdakı hotelə sığınmaq istədi. Qarşıdurmada bəzi adamların təcili yardım maşınları ilə xəstəxanaya aparıldığı bildirilir.

Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan
Reuters agentliyinin müxbiri xəbər verir ki, polis Gezi parkını təmizlədiyi vaxt Taksim meydanına çıxan binaların sakinləri eyvanlardan qazan döyəcləyir, fit çalaraq etirazlarını bildirirdilər.

Tezliklə Gezi parkı polisin tam nəzarətinə keçdi. Lakin minlərlə adam Taksim ətrafındakı küçələrdə toplaşaraq barikadalar qurmağa başladı. Polis ətraf küçələrə də gözyaşardıcı qaz atır. Vəziyyət gərgin olaraq qalır.

Xatırladırıq ki, 2 həftə əvvəl oxşar vəziyyətdən sonra ancaq Taksim meydanı ilə məhdudlaşan etirazlar əvvəl İstanbulun mərkəzi küçələrinə, sonra isə Türkiyənin böyük şəhərlərinə yayıldı. Bundan sonra Gezi parkı etirazçılarının şüarları da Taksimdə tikintinin dayandırılmasından baş nazirin istefasına qədər dəyişdi.

İyunun15-də Gezi parkına polis hücumdan əvvəl Türkiyənin baş naziri Recep Tayyib Erdogan Ankarada öz tərəfdarları qarşısında çıxış edərək İstanbuldakı etirazçılara ultimatum verdi. Parkdan çıxın dedi, yoxsa Türkiyənin təhlükəsizlik qüvvələri "nə edəcəklərini bilirlər" dedi.

Lakin Gezi parkında qərarlaşan etirazçılar parkı tərk etməmək qərarlarında qəti idilər.


HADİSƏLƏRİN İÇİNDƏSƏN? Bizimlə əlaqə saxla
azadliq@rferl.org
Facebook
Twitter
FOTO VƏ YA VİDEON VARSA BİRBAŞA SAYTIMIZAYÜKLƏ
XS
SM
MD
LG