Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:13

İlham Əliyev: «Siyasi rəqiblərimdən heç biri həbsdə deyil» [Video]


-



Brüsseldə Avropa Birliyi liderləri ilə görüşən Azərbaycan prezidenti İlham Əliyev iyunun 21-də keçirilən mətbuat konfransında AzadlıqRadiosunun Brüssel müxbirinin sualına cavab verib.

Müxbirimiz prezident Əliyevdən soruşub:

- Siyasi opponetlərinizdən birinin həbsdə olduğu, ictimai fəalların tutulduğu, müstəqil medianın sıxışdırıldığı, o cümlədən AzadlıqRadiosunun peyklə yayımlarının süni şəkildə əngəlləndiyi bir vaxtda qarşıdakı seçkinin azad və ədalətli keçəcəyinə necə təminat verə bilirsiz?

İLHAM ƏLİYEV İLQAR MƏMMƏDOVU ÖZÜNƏ RƏQİB SAYMIR?

Azərbaycan prezidenti suala cavabını siyasi rəqiblərindən heç birinin həbsdə olmadığını deməklə başlayıb:

- İlk olaraq deyim ki, siyasi rəqiblərimdən heç biri həbsxanada deyil. Sizdəki məlumat yanlışdır.

İkincisi, Azərbaycanda heç bir siyasi məhbus yoxdur. Avropa Şurası Parlament Assambleyasının bu ilin yanvarında keçirilən və Azərbaycanda siyasi məhbuslar haqda hesabatın rədd edildiyi sessiyasından sonrakı şərhləri oxusanız görərsiz ki, bu məsələ bizim üçün qapanıb.
Əvvəla, siyasi rəqiblərimdən heç biri həbsxanada deyil. İkincisi, Azərbaycanda heç bir siyasi məhbus yoxdur.
Azərbaycanda kimsə siyasi səbəblərlə həbs edilmir, toplaşma və media azadlığı tam təmin edilir.

Qeyd edək ki, prezidentliyə namizədliyi irəli sürülmüş «REAL» Hərəkatının rəhbəri İlqar Məmmədov hazırda həbsdədir.

O, bu il yanvarın 23-24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları hesab edir ki, İlqar Məmmədov siyasi fəaliyyətinə görə həbs edilib.

AZƏRBAYCAN PREZİDENTİ ÖLKƏDƏ TAM AZADLIQ OLDUĞUNU DEYİR

Prezident İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycanda əsas azadlıqlar təmin edilib:

- Bizdə internet azaddır, internet istifadəçilərin sayı isə 70%-dən çoxdur. Heç bir senzura yoxdur.

Azərbaycan Avropa qurumlarından müşahidəçilər dəvət edəcək və namizədlərə bütün imkanları yaradacaq ki, özlərini xalqa tanıtsınlar. Seçkinin nəticələri Azərbaycan xalqının iradəsini tam əks etdirəcək.
​Bütün siyasi partiyalar sərbəst fəaliyyət göstərir.

10 ildən çoxdur ki, biz Avropa Şurasının üzvüyük və gələn il quruma sədrlik edəcəyik. Biz demokratiyanın inkişafı, insan haqları və bütün azadlıqlar ilə bağlı öhdəlikləri tam olaraq yerinə yetirəcəyik.

Odur ki, sizin sualınızdakı iddialar ya yanlış məlumatlandırılmanızdan qaynaqlanır, ya da önyarğılar və əsassız şaiyələrdən.

Azərbaycan demokratik ölkədir, sürətlə inkişaf edir və siyasi islahatlar həyata keçirir, Avropa Şurası və Avropa Birliyi ilə sıx əməkdaşlıq edir.

Prezident seçkiləri ilə bağlı narahatlığa gəldikdə isə deməliyəm ki, seçkilər və təşviqat kampaniyası hələ başlamayıb. Azərbaycan Avropa qurumlarından müşahidəçilər dəvət edəcək və namizədlərə bütün imkanları yaradacaq ki, öz platformalarını açıqlaya bilsinlər və özlərini xalqa tanıtsınlar.
İndiki müstəqil, suveren Azərbaycanda vəziyyətə nəzər salanda şükürlər etməliyik. Ölkədə çox, həm də çox böyük irəliləyişlər var.

Seçkinin nəticələri Azərbaycan xalqının iradəsini tam əks etdirəcək və hökumət də bundan ötrü nə lazımdırsa edəcək.

Prezident İlham Əliyevin Brüsselə səfəri iyunun 21-də başlayıb. O, Avropa Şurasının prezidenti və Avropa Komissiyasının rəhbəri ilə görüşüb. Rəsmi məlumata görə görüşlərdə enerji təhlükəsizliyi, regional sabitlik və Azərbaycanda əsas azadlıqların vəziyyəti müzakirə edilib.

BARROSO-DAN ƏLİYEVƏ DƏSTƏK

AzadlıqRadiosunun əməkdaşı Avropa Komissiyasının prezidentindən də soruşub ki, demokratiya və insan haqları sahəsində göstəriciləri Azərbaycanın Avropa Birliyi ilə assosiasiya razılaşması imzalamasına imkan verirmi?

Bu suala Jose Manuel Barroso-nun cavabı:

- Bir neçə il əvvələ qədər Azərbaycan heç bir azadlıqların mövcud olmadığı Sovet İttifaqının totalitar rejiminin bir hissəsi idi. İndiki müstəqil, suveren Azərbaycanda vəziyyətə nəzər salanda şükürlər etməliyik.

Ölkədə çox, həm də çox böyük irəliləyişlər var. Bu o demək deyil ki, bizim fikrimizcə, bütün standartlara əməl edilib. Bizim prezident İlham Əliyev və Azərbaycandakı başqa tərəfdaşlarımızla çox yaxşı fikir mübadiləmiz var.

AVROPA KOMİSSİYASININ RƏHBƏRİ DEYİR Kİ, PROBLEMLƏR VAR VƏ MÜZAKİRƏ EDİLİR

Avropa Komissiyasının prezidenti deyir ki, ən doğrusu problemlərə pozitiv yanaşma, hər iki tərəfdən açıq müzakirələrlə bütün demokratik islahatların dəstəklənməsidir
...vətəndaş cəmiyyətində inkişaf olmadan müasirləşməyə də nail olmaq mümkün deyil. Bu məsələlər Azərbaycan və əlbəttə, başqa tərəfdaşlarımızla daimi dialoq mövzusudur.

- Mən öz şəxsi fikrimi deyirəm, əminəm ki, Azərbaycan kimi bir suveren dövlətin prezidenti olan İlham Əliyev ölkəsini müasirləşdirməyə həddən çox can atır. O, ölkəsinin imicini hamıdan çox düşünür və bu istiqamətdə addımlar atır.

İnanıram ki, vətəndaş cəmiyyətində inkişaf olmadan müasirləşməyə də nail olmaq mümkün deyil. Bu məsələlər Azərbaycan və əlbəttə, başqa tərəfdaşlarımızla daimi dialoq mövzusudur.

Hər bir ölkənin öz tarixi, coğrafiyası, qarşılaşdığı problemlərə uyğun olaraq xüsusi şəraiti var. Bu baxımdan, hesab edirəm ki, sualınızda səslənən problemlərin həllində də ən yaxşı yol əməkdaşlıqdır. Belə tərəfdaşlığı da Azərbaycanla davam etdiririk. Bu problemlər bizim azərbaycanlı dostlarımızla müzakirələrdə də əsas yerləri tutur. Eyni məsələləri bu gün prezident İlham Əliyevlə də müzakirə etdim.
XS
SM
MD
LG