Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:03

Misirdə prezidentin istefası tələbi ilə etirazlar davam edir


Misirdə prezident əleyhinə aksiyalar
Misirdə prezident əleyhinə aksiyalar
-


Misirdə prezident Mohamed Morsi-nin istefası tələbi ilə aksiyalar davam edir. Bazar günü yüz minlərlə etirazçı Misir boyunca aksiyalarda iştirak edib. Aksiyalar əsasən dinc olsa da, Morsi-nin tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar da qeydə alınıb, 7-ə yaxın adamın öldüyü, 600-dən çox xəsarət alanın olduğu bildirilir.

Hosni Mubarak-in devrilməsindən sonra seçki yolu ilə prezident seçilən Morsi-nin hakimiyyətə gəlməsinin bir ili ölkədə etirazlarla qeyd olunur.

Tənqidçilər prezidenti Müsəlman Qardaşlarına böyük səlahiyyətlər verməkdə və iqtisadi problemlərlə mübarizənin uğursuzluğuna görə tənqid edir. Prezident aparatının sözçüsü Omar Amer bildirib ki, prezident səhvlərini qəbul edib və onları aradan qaldırmaq üçün işlər görür.

O, Morsi ofisinin dialoq təklifini yenidən səsləndirib, ancaq onun istefaya gedəcəyinə dair hər hansı işarə vurmayıb.
XS
SM
MD
LG