Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:52

Misir prezidenti özünün barışıq planına sadiq qalacağını deyir


Misir prezidenti Mohamed Morsi özünün barışıq planına sadiq qalacağını bəyan edib.

Bu barədə Prezidentin ofisinin yaydığı bəyanatda deyilir.

Misir ordusu isə böhranlı vəziyyəti aradan qaldırması üçün Morsi hökuməti ilə müxalifətə 48 saat vaxt verib. Ordu bildirib ki, əgər kompromis olmasa, ölkəni siyasi böhrandan çıxarmaq üçün öz yol xəritələrini işə salacaqlar.

Müxalifət prezident Muhammad Morsi-ni ölkədə islam diktaturası yaratmaqda ittiham edir.

Morsi deyib ki, hərbiçilər onunla məsləhətləşməyib və belə bir ultimatum vəziyyəti çətinləşdirir.

Morsi tərəfdarları da onun müdafiəsi üçün küçələrə axışıb.

Misirin dövlət xəbər agentliyi bildirir ki, ölkənin xarici işlər naziri Mohamed Kamel Amr də istefa verib.

Bundan əvvəl isə daha 4 nazir (turizm, ekologiya, rabitə və ədliyyə) də istefa verib.
XS
SM
MD
LG