-
İslam Partiyasının Baş Məclisi Mövsüm Səmədovun prezidentliyinə namizədliyini irəli sürəndən məhbus sədrə – Mövsüm Səmədova qarşı təzyiqlərin artdığını açıqlayıb. Onun vəkillə görüşünə icazə verilmədiyi, özününsə cərimə təcridxanasına salındığı bildirilir.
Partiya sədrini əvəz edən Elçin Manafovun fikrincə, Mövsüm Səmədovla bağlı olub-bitənlər ona basqıların olduğunu söyləməyə əsas verir:
«Necə oldu ki, bunlar üst-üstə düşdü – biz onun namizədliyini verdik, sonra da onun «kars»a salınması xəbərini eşitdik?».
«DAXİLİ NİZAM QAYDALARINI POZDUĞUNA GÖRƏ CƏRİMƏ KAMERASINA SALINIB»
Penitensiar Xidmət İdarəsinin sözçüsü Mehman Sadıqov partiya rəhbərliyinin dedikləri ilə razılaşmır və Mövsüm Səmədovla adi məhbus kimi davrandıqlarını deyir:
«Onun siyasi və dini əqidəsi necə olsa da, biz qanuna xidmət edirik. Qanun hamı üçün birdir. Həmin şəxs daxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə tam qanuni olaraq cərimə təcridxanasına salınıb. Müvəkkilinin onunla görüşünə gəlincə, bir-iki gün öncə vəkil cəzaçəkmə müəssisinə gəlib. Mövsüm Səmədovla görüşmək istəyib. Vəkilə izah edilib ki, qaydaya görə, səhər saat 9-dan axşam saat 5-dək görüşmək olar. O da bir gün sonra gələcəyini söyləyib. Vəkilin görüşə buraxılmamasından və ya hər hansı süründürməçilikdən söhbət getməyib».
Vəkil Anar Qasımov iyulun 3-də yenidən görüş üçün cəzaçəkmə müəssisəsinə baş çəkib və günün sonunda bildirib ki, ona Mövsüm Səmədovla yox, müəssisənin rəisi ilə görüş icazəsi verilib:
«Rəis dedi ki, Mövsüm Səmədovun səhhəti normaldır, amma sizin görüş üçün məktubunuzun vaxtı keçib. Bunun üçün Penitensiar Xidmətdən yeni məktub alıb gətirmək lazımdır. Bu, sonuncu bəhanədir. Mən gedib Penitensiar Xidmətdən yeni məktub alacağam».
PREZİDENTLİYƏ NAMİZƏD DƏYİŞƏ BİLƏR?
Mövsüm Səmədovun prezidentliyə namizədliyini İslam Partiyasının Baş Məclisi irəli sürüb. Partiya üzvləri Milli Şurada da təmsil olunur. İslam Partiyası Baş Məclisinin üzvü Natiq Kərimov deyir ki, namizədləri Mövsüm Səmədovdur, amma:
«Hazırda Mövsüm Səmədovu rəmzi namizəd kimi görürük, çünki o, həbsdədir. Onun prezidentliyə namizədliyini irəli sürmüşük, ancaq məhkum olunduğu üçün namizədliyi qeydə alına bilməz. O, bizim gözümüzdə azad, amma qanun baxımından məhkum olunmuş insandır. Mövsüm Səmədov azadlığa buraxılsa, prezidentliyə namizədliyi qeydə alınsa, Azərbaycan İslam Partiyası onun namizədliyini müdafiə edəcək. İslam Partiyası və islam camelərinin Milli Şuranın vahid namizədini dəstəkləməsi də istisna deyil».
«ÖZ NAMİZƏDİ VARSA, MİLLİ ŞURADAN AYRILMALIDIR»
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun dediyinə görə, İslam Partiyası Milli Şurada təmsil edilirsə, namizədi də Milli Şuranın vahid namizədi olmalıdır:
İslam Partiyası sədrini əvəz edən Elçin Manafov Milli Şurada təmsil olunduqlarını təsdiqləyir, ancaq partiya olaraq deyil, fərdi şəkildə. Buna görə də Mövsüm Səmədovun namizədliyini müdafiə edəcəklərini bildirir:
«Milli Şuraya fərd olaraq qatılmışıq. Öz namizədimiz var - Hacı Mövsüm Səmədov. Onun namizədliyi qəbul olunmayacağı halda, ən azı, onun kimi bir şəxsiyyəti namizəd görmək istəyərik».
Mövsüm Səmədov 2011-ci ilin yanvarında həbs olunub. O, hakimiyyəti zorla ələ keçirməyə cəhddə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

«İslam Partiyasının sədri həbsdədir. Bu həbsə diqqət çəkilməsi və həbsinin bir qədər yüngülləşdirilməsi üçün Mövsüm Səmədovun namizədliyi irəli sürülüb. Bu addımla həm Azərbaycan ictimaiyyətində, həm də beynəlxalq aləmdə prezidentliyə namizədin həbsdə olması təsəvvürünü yaratmaq istəyir. Bir məqam gözardı edilir: İslam Partiyası Milli Şuranın tərkibində yer alıbsa, bu qurumdakı digər partiya, təşkilat və müstəqil şəxslər kimi Milli Şuranın vahid namizəd barədə qərarına hörmətlə yanaşmalıdır. Öz namizədi varsa, Milli Şuradan ayrılmalıdır».