Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:57

Polis Yadigar Sadıqova dəstək tədbirinin keçirilməsinə mane olub


Yadigar Sadıqov
Yadigar Sadıqov
-
İyulun 7-də bir qrup şəxs hazırda həbsdə olan Müsavat başqanının müşaviri Yadigar Sadıqovun Lənkərandakı şəxsi evinə toplaşaraq ona dəstək qrupu təsis etmək üçün tədbir keçirmək istəyiblər. Bu barədə AzadlıqRadiosuna Müsavat partiyasının Masallı rayon təşkilatının sədri Xasay Səfəroğlu məlumat verib:
“Təxminən 8-10 nəfər Yadigar Sadıqovun dost-tanışı – onların arasında Müsavat partiyası ilə yanaşı digər partiyadan olanlar, bitərəflər də var – toplaşıb dəstək qrupu yaratmaq istəyirdik. Bununla bağlı sosial şəbəkələrdə əvvəlcədən məlumat yaymışdım. Polis artıq bir neçə gün əvvəldən mənə zəng edib bölməyə dəvət etdi. Mənə bu tədbirin keçirilməməyi məsləhət görüldü”.
Xasay Səfəroğlunun dediyinə görə, planlaşdırılan görüş baş tutmayıb. İyulun 7-si səhər saatlarından yadigar Sadıqovun evi polis nəzarətində olduğundan ailəsi üçün problem yaranmasın deyə, tədbir təxirə salınıb:
“Dostlardan biri - Lənkəran ziyalılarından İltifat Rəhimzadə Yadigar bəyin evinin nəzarətə götürüldüyünü görün ailəyə baş çəkmək istəyib. Amma onu da mənzilə yaxın buraxmayıblar”.
Qeyri iş günü olduğundan Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən məsələ ilə bağlı açıqlama almaq mümkün olmadı.
Xuliqanlıqda ittiham edilən Müsavat başqanının müşaviri Yadigar Sadıqov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Hüquq müdafiəçiləri onun siyasi fəaliyyətinə görə şərlənərək həbs olunduğu deyirlər.
XS
SM
MD
LG