Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:37

Günel Mövlud. Mark Zuckerberg ilə min bir gecə...


Günel Mövlud
Günel Mövlud
-

Bütün kitab boyu eşqbazlıq, eyş-işrət, dodaq əmmək, bud əlləmək, qadın satmaq, kəniz bəyənmək… adama elə gəlir ki, pornomagikan Larri Flint bir az da bərk dayansa, «Min bir gecə nağılları»ndan əməlli-başlı ekzotik bir porno serial çəkər…


Günel Mövlud


MARK ZUKERBERG İLƏ MİN BİR GECƏ…


Son bir ildə çalışıram ki, yazılarımda mütləq ictimai mesaj olsun.

Bu dəfə isə qoy, ictimai sektordakı şən və optimist, dindar-millətçi-konservativ düşərgədəki qaraqabaq və kədərli oxucular məni bağışlasın.

Çünki bu dəfə iqtidarlı-müxalifətli hamını dincə qoyub, keçmək istəyirəm xalqımızın müqəddəratında məsələn, İsa Qəmbərdən heç də az rol oynamayan ərəblərin xalq yaradıcılığına.

Yazıya keçməmiş, onu da etiraf edək ki, müsəlmanların müqəddəs Ramazan ayında, dinimizin banisi bir millət barədə yazmaq o qədər də məqsədə müvafiq deyil.

Amma hindlilərin otuz min tanrısının otuz mininə də and olsun ki, mənim ərəblərin, ümumiyyətlə, cümlə müsəlmanların dini, inancları və ələlxüsus ibadət növləri barədə bu yazıda heç bir tənqidi fikrim olmayacaq. Tam əksinə, axar Zəm-zəmləri qurumasın, xurmaları bol, səhraları sərin olsun…

Mənim ta əvvəldən, heç bir ciddi nəzəriyyəyə, fəlsəfəyə istinad-filan etmədən, özbaşıma belə bir diletant qənaətim vardı ki, hər bir millətin xasiyyətinin, mədəniyyətinin, seçkilərdə səs, məclislərdə öyüd-nəsihət, müzakirlərədə ağıl verməyinin kökü onun folklorunda gizlidir.

Yəni səni hansı xüsusiyyətin – qohumbazlıq, yerlipərəstlik, insest, yaltaqlıq, rüşvətxorluq, qadın alverçiliyi, uşaqbazlıq – hardan peyda olması, tarixinin qədimmi, yenimi olması maraqlandırırsa, folkloru axtar, eşələ, kodlarını tapacaqsan. Atalar sözləri, nağıllar, zərb-məsəllər, bayatılar və s.

Bayatılar demişkən, bir haşiyə çıxım, bir dəfə Azərbaycan xalq bayatıları toplusundan erotik məzmunu olan on-on beş dənə bayatı seçib, əməkdaşlıq elədiyim saytlardan birinə verdim.

Bayatılar sayta qoyular-qoyulmaz bütün Azərbaycan xalqı öz ata-babalarının, nənələrinin üstünü toz-torpaq basmış seksual həsrətini həzm eləməyərək, bütün nəslimi xoş sözlərlə yada saldı.
Min bir gecə nağıllarına avstriyalı rəssam Franz von Bayros-un çəkdiyi illüstrasiya, 1913
Min bir gecə nağıllarına avstriyalı rəssam Franz von Bayros-un çəkdiyi illüstrasiya, 1913

Nəsə, mən folklordan danışırdım, axı. Sözüm onda idi ki, «Min bir gecə nağılları»nı oxuyanda, ərəbləri çox yaxşı başa düşürəm. Bu nağıllar məsələn, hər bir avropalı üçün əməlli-başlı şok ola bilər. Damra adlı oğlanın məşuqəsi bir kənizi ilə oynaqlaşıb, öpüşür, padşah on dörd yaşlı oğlanların tərləyən bığ yerindən, ağ ombalarından danışır, tacir yanıdakı gözəl kənizi padşaha on min dirhəmə satır… Bütün kitab boyu eşqbazlıq, eyş-işrət, dodaq əmmək, bud əlləmək, qadın satmaq, kəniz bəyənmək… adama elə gəlir ki, pornomagikan Larri Flint bir az da bərk dayansa, «Min bir gecə nağılları»ndan əməlli-başlı ekzotik bir porno serial çəkər…

Amma ərəblər də az aşın duzu deyil. Dindirsən, deyəcəklər ki, bu gün müasir insanın həyatında olan hər şey «Min bir gecə nağılları»nda yazılıb.

Məsələn, desən ki, Facebook barədə heç nə yazılmayıb, desən ki, bu gün insanlar sosial şəbəkələrdə virtualcasına tanış olur, vurulur, bəzən də evlənir, sənə həmin kitabdan, məsələn, «Bədr-Basimlə Cövhərin nağılı»ndan örnək gətirərlər. Deyərlər ki, o nağılda Xorasan padşahı ilə dənizlər padşahının qızı Cüllənarın oğlu Bədr-Basim, dayısının bir qızı – Cövhəri təriflədiyini eşidir. Təsvirlərdən cuşa gəlib, o qıza vurulur. Yəni müasir dillə desək, oğlan, dayısının «dostluğunda» olan bir qıza vurulur. Anası, dayısı onun bu sevdasını dəstəkləyirlər, yəni müasir dillə desək, «layk» eləyirlər. Bunun harası sosial şəbəkə sevgisi deyil?

Eləsi də tapılar ki, deyər, Mark Zuckerberg «Facebook» ideyasını «Min bir gecə nağılları»ndan götürüb…

Universitet illərində şərq teatrını öyrənəndə, bir müəlliflə də tanış olmuşduq. Ərəb dünyasının məşhur imzalarından Misir yazıçısı Taufik Əl Hakim. Zadəgan ailəsində doğulmuş, Parisdə incəsənət və ədəbiyyat təhsili almış, fransız dilini əla bilən ədib, hüquqşunas, tərcüməçi.

Nəsə bu adamın adı elə hey beynimdə fırlanırdı. Yadımda idi ki, o nəsə əlamətdar bir məsələ ilə qalıb xatırımda. Min faiz bilirdim ki, bu əlamətdar şeylər onun pyesləri, hekayələri deyil. O hekayələr, pyeslərin məzmunu yadımda idi. Və bu da yadımda idi ki, o adamın yazdıqları məzmun və üslub etibarilə «Min bir gecə nağılları»ndan o qədər də uzağa getməyib. Təkcə bir fərq var idi ki, bu nağılları nəql edən «Şəhrizad» Parisdə oxuyub, gəlmişdi.

Axır ki, bu yaxınlarda Əl Hakimin həyatını bir də araşdırdım. Məlum oldu ki, Parisdə incəsənət və ədəbiyyat təhsili almış, fransız dilini əla bilən ədib, hüquqşunas, tərcüməçi, Misirin YUNESKO-dakı səfiri, Misir qadınlarının çadradan azad olmasına qarşı çıxıb…
XS
SM
MD
LG