Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:25

Putin :" Rusiya-ABŞ münasibətləri Snowden məsələsindən daha vacibdir"


 Vladimir Putin
Vladimir Putin
Rusiya-ABŞ münasibətləri Snowden məsələsindən daha vacibdir. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snowden dünən Rusiyadan rəsmi şəkildə müvəqqəti sığınacaq istəyib. O Moskvaya Hinkonqdan gəlib və hazırda Şerementiyeva hava limanındakı tranzit zonadadır.

Edvar Sovwden bu yaxınlarda ABŞ-da məxfi telefon və internet müşahidə sistemi olması barədə məlumat yayıb. Onu casusluqda ittiham edən ABŞ verilməısini tələb edir.
Vladimir Putin isə hesab edir ki, onun barəsində müvafiq qərar qəbul edildikdən sonra ölkəni tərk edə bilər.

Bir neçə Latın Amerikası ölkəsi Snowdenə sığınacaq təklif edib.
Ağ evin sözçüsü Cey Karney (Jay Carney )isə dünən bildirib ki, o ölkəsində məhkəmnəyə cəlb edilməlidir. Çünki o insan haqlarının müdafiəçisi və ya dissident deyil.O məxfi məlumatların yayılmasında ittiham olunur.

Rusiyanın miqrasiya xidməti bildirib ki, Snowdenin məsələsi 3 ay vaxt apara bilər.Ona 1 illik müvəqqəti sığınacaq verilə və bu sonsuz olaraq hər il uzadıla bilər.
XS
SM
MD
LG