Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:01

Rumınya Moldovanın Avropa Birliyinə inteqrasiyasını dəstəkləyir


Traian Băsescu və Nicolae Timofti
Traian Băsescu və Nicolae Timofti
Rumınya Moldovanın Avropa Birliyi ilə əməkdaşlıq barədə razılaşma imzalamaq istəməsini dəstəkləyir.

Bunu Rumınya prezidenti Traian Basescu Moldovoya səfəri zamanı bildirib. O həmçinin ölkəsinin Moldovanın ərazi bütüvlüyü və Dnestryanı regiondakı münaqişənin həllində göstərdiyi səyləri dəstəklədiyini qeyd edib.

Moldova bu ilin noyabrında Vilnüsdə keçiriləcək sammit zamanı Avropa Birliyi ilə sabitlik və assosasiya razılaşması imzalamaq fikrindədir.Bu razılaşma Moldovanın Avropa Birliyinə üzvülük məsələsində ilk addımlardan biri hesab olunur.

Basescu səfər ərəfəsində Azadlıq Radiosuna müsahibəsində deyib ki, Moldova yaxın 10-12 il ərzində Avropa Birliyinə inteqrasiya prosesini yekunlaşdıra bilər.
XS
SM
MD
LG