Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:29

Həbsdə olan gənc fəal xəstəxanaya köçürülüb


-
AXCP Gənclər Komitəsinin üzvü Daşqın Məlikov xəstəxanaya yerləşdirilib.

Bu barədə AzadlıqRadiosuna onun atası Əlisəfa Məlikov məlumat verib.

O deyir ki, Daşqın Məlikov ilə iyunun 18-i əlaqə saxlayıb:

«Dedi vəziyyətim pisdir. Çox güman bir neçə saata xəstəxanaya yerləşdirəcəklər. Bu gün səhər öyrəndim ki, xəstəxanaya yerləşdiriblər. 1-2 aydan bir onun ağrıları başlayır. Elə olur ki, bir ay o, yataqdan qalxmır. Ötən həftənin şənbə günü onunla görüşmüşəm. O zaman da vəziyyəti yaxşı deyildi. Oğlum 2-ci qrup əlildir, onun asması var».

Ata oğlunun həyatı üçün narahat olduğunu bildirir.

Penitensiar xidmətin sözçüsü Mehman Sadıqov AzadlıqRadiosuna bildirdi ki, məhkumların yerdəyişməsi ilə bağlı məlumatın ictimaiyyətə açıqlanması qanunla qadağandır.

Daşqın Məlikov martın 25-də Sumqayıtda tutulub. O, Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik vasitələrin saxlanması) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG