-
5: 59 qrupunun solisti və “Desperado” musiqi məktəbinin müəllimi Elçin Ağayev deyir gitara onun üçün hər şeydir, həyatı da atasının ona gitara alması ilə dəyişilib. Flashmob-un qonağı olan Elçin Ağayev deyir, həyatda ən gözəl şeylərdən biri də duyğularını ifadə etməkdir:
“İnsanlar bunu müxtəlif cürə edirlər. Bəziləri mahnı oxuyub, söz yazıb, bəzisi natiqlik edib. Mənim üçün bunun ən gözəl vasitəsi musiqidir. Musiqi ilə sevgini də, hörməti də, səmimiyyəti də ifadə etmək olur. Bir ildir işləyirəm, amma bundan əvvəl də gitara ilə məşğul idim, təkcə iş bağlamır, məni hər şey gitaraya bağlayır”. 13 ildir musiqi ilə məşğul olan Elçin deyir 8 il piano dərslərinə gedib. “Əvvəl gitara nə olduğun bilmirdim. Sonra bir dostum rok musiqi albomu bağışladı və onu dinləyəndə akustik gitaranın səsin sevdim və bir gün atam mənə akustik gitara alıb hədiyyə etdi və həyatım dəyişdi. Gitara adamı özünə çəkir”.
Həvəskar gitaraçılar Tahirə Tağıyeva və Rəşad Qasımov isə gitaraya maraqlarını həvəs adlandırırlar. 4 ay həvəskar kursa gedən gənclər indi aylıq peşəkar kurslara gedirlər. Rəşad Qasımov deyir gitaraya uşaqlıqdan həvəs olub, sonra isə kursa yazılıb. Deyir gitara həm çalmaq üçün asandır, həm də daşımaq üçün, üstəlik də elektro gitaranın səsi beyni dincəltdiyi fikrindədir.
Tahirə də əvvəl piano kursuna getsə də, həvəsi olmayıb. Özünə gitara sevgisi kəşf edəndə isə kursa yazılıb. Deyir 14 yaşım var, mükəmməl öyrənənə kimi davam edəcəm öyrənməyə. Onun fikrincə, gitara çalmaq əhvalı düzəldir. vdən alətdir.
Elçin Ağayev məsləhət görür ki, öyrənənlər akustik gitara çalmaqdan başlasınlar. Öyrənməyə gəlincə, deyir insan özü istəsə, çox şey edə bilər. Gitaranı öyrənmək üçün vaxt, səbr, həvəs tələb olunur.