Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:15

Rüstəm İbrahimbəyov ayın 31-də Azərbayacana dönəcəyini deyir


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
“Bakıya dönəcəyimi bu günlərdə bəyan eləmişəm və ora iyulun 31-də dönəcəm. Başıma gələ biləcək hadisələrə hazıram. Bir daha deyir və ümid edirəm ki, istər Azərbaycanın daxili, istərsə də xaricində mənim müdafiəmə çoxlu insanlar qalxacaq”.

Bunu Brüsseldə AzadlıqRadiosuna müsahibəsində bu yaxınlarda Azərbaycanda yaradılmış Milli Şuranın sədri, müxalifətdən prezidentliyə vahid namizəd, dramaturq Rüstəm İbrahimbəyov deyib. Rüstəm İbrahimbəyov ona qarşı bütün ittihamların tamamilə əsassız, qondarma olduğunu bildirib və qeyd edib ki, məqsəd onu təcrid eləmək, seçkilərə buraxmamaqdır.

Rüstəm İbrahimbəyov bir daha hər şeyə hazır olduğunu deyib:

“ Dünən Azərbaycandan belə bir məlumat daxil olub ki, Bakıya dönəcəyim halda Prokurorluq mənə qarşı cinayət işi qaldıracaq. Bu o deməkdir ki, seçkidə iştirakımdan qorxan Azərbaycan hakimiyyəti məni seçkiyə buraxmamaq üçün hər şeyə hazırdır. Ora düşəcəyim halda həbs olunacağım istisna deyil. Məqsəd məni seçkiyə buraxmamaq, namizədliyimin qeydə alınmasını əngəlləməkdir. Məni nə gözlədiyini çox yaxşı başa düşürəm, buna baxmayaraq Azərbaycana gedəcəm. Çünki hansısa təhlükədən aslı olmayaraq seçki yolu ilə sonadək getməyə hazır olduğumu nümayiş etdirmək üçün mənim ora səfərim çox vacibdir. Prokurorluq mənə qarşı ittiham qaldırmaq fikrindədir və əlbəttə bu birbaşa təhlükədir. Buna görə də əgər Azərbaycana dönərkən birdən mənim yükümdə hər hansı bir qanusuz şey aşkar edilsə, əvvəlcədən deyirəm “bunu ora qoyublar”.

Rüstəm İbrahimbəyov daha sonra deyib ki, hüquqlarının kobud şəkildə pozulması və qanunsuz yollarla seçkilərdən kənarlaşdırılması geniş beynəlxalq reaksiyaya səbəb olmamalıdır. Müxalifət lideri Avropa Birliyi, insan haqları təşkilatları və Azərbaycan xalqına ümidlə yanaşdığını bildirib, hüquqlarının kobud şəkildə pozulmasının qarşısının alınacağı və onun demokratik qüvvələrin vahid namizədi kimi seçkilərdə iştirakına imkan yaradılacağına əmin olduğunu qeyd edib.
XS
SM
MD
LG