Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 19:39

ABŞ və Azərbaycanın müdafiə nazirləri İrandan danışıblar


ABŞ-ın Müdafiə Katibi Chuck Hagel avqustun 5-də Pentaqonda Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşüb
ABŞ-ın Müdafiə Katibi Chuck Hagel avqustun 5-də Pentaqonda Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşüb
-
ABŞ-ın Müdafiə Katibi Chuck Hagel avqustun 5-də Pentaqonda Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşüb. O, həmkarına Əfqanıstandakı fəaliyyətə, Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə Azərbaycanın davamlı dəstəyə görə təşəkkürünü bildirib. Bu barədə Pentaqonun mətbuat katibi George Little məlumat yayıb.
İRAN TƏCİLİ ADDIMLAR ATMALIDIR
Görüşə dair yekun bəyanatda Little bildirib ki, Hagel Əbiyevə Azərbaycanın Əfqanıstana maddi-texniki təchizata yer, hava və dəniz tranziti təminatında dəyərli roluna görə təşəkkür edib.
«Tərəflər NATO çərçivəsində əməkdaşlıq, terrorçuluğa qarşı mübarizə, dənizdə təhlükəsizliyi sahəsində əməkdaşlığı davam etdirməyə razılaşıblar».
Müdafiə rəhbərləri həmçinin regional durumu da müzakirə ediblər, Little belə deyib. Hagel İran prezidenti Hassan Rouhani-nin andiçməsinə toxunub, bildirib ki, İran nüvə proqramı barədə beynəlxalq ictimaiyyətin dərin narahatlığını aradan qaldırmaq üçün təcili addımlar atmalıdır.
«Müdafiə katibi Hagel Azərbaycanın regional təhlükəsizlik və sabitliyin saxlanmasında rolunu tanıyır və strateji tərəfdaşlığın davam edəcəyini gözləyir», Little belə deyib.
QARŞILIQLI YARDIM
Pentagonda görüş zamanı
Pentagonda görüş zamanı
Pentaqon rəsmiləri bildirib ki, Müdafiə Departamenti Azərbaycan və digər Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq edərək Azərbaycanın təhlükəsizliyini gücləndirmək və onun daha geniş regionda təhlükəsizlik və sabitliyə töhfə verməsinə çalışır. ABŞ-ın Azərbaycanda müdafiə və təhlükəsizlik sahəsinə yardımına mülki-hərbi münasibətlərdə təlim və məsləhətlər, peşəkar hərbi təhsil və fövqəladə durumların idarəçiliyi daxildir.
Eyni zamanda, rəsmilərin sözlərinə görə, ABŞ Azərbaycanda NATO-nun əməliyyatlararası bölümlərinin inkişafına yardım edir. Buraya Kosovo və İraqda beynəlxalq əməliyyatları dəstəkləyən qüvvələr yerləşdirmiş Sülhyaratma Batalyonu, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri çərçivəsində əsgərlər də daxildir.
Ötən ay müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisi Evelyn Farkas bakıda Müdafiə Nazirliyi rəsmiləri ilə görüşüb ikitərəfli müzakirələr aparıb.
XS
SM
MD
LG