Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:32

5 günlük müharibə (İnteraktiv TimeLine)


Arxiv foto.
Arxiv foto.
5 günlük Rusiya – Gürcüstan müharibəsinin 5 ili tamam olur. 2008-ci il avqustun 7-dən 8-nə keçən gecə Gürcüstan qoşunları Cənubi Osetiya mövqelərinə hücuma keçdi. Gürcüstan bildirirdi ki, hücuma səbəb onun sülhümühafizə qüvvələrinə və dinc əhaliyə hücumlardır və Rusiya Cənubi Osetiyaya sülhümühafizə qüvvələrinə aid olmayan əsgərlər yeridir.

Gürcüstanın hücumunda Rusiya qüvvələrinə zərbə dəydi və ertəsi gün Rusiya ordusu Gürcüstan mövqelərinə hücuma başladı.
5 günlük müharibə Rusiyanın qələbəsi ilə başa çatdı.
Rusiya Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanıdı.

MEDVEDEV:”SAAKASHVİLİ STRATEJİ SƏHV ETDİ”

O vaxt Rusiya prezidenti, indi isə baş nazir olan Dmitri Medvedev 5 günlük müharibənin ildönümü ilə bağlı Gürcüstanın “Rustavi 2” televiziyasına müsahibəsində deyib: “Gürcüstan prezidenti cənab Saakaşvili o vaxt müvafiq qərarları qəbul edəndə dövlət səviyyəsində strateji səhvə yol verdi. Bundan sonra ölkəni yapışdırmaq şansı qalmadı”.

Yeri gəlmişkən, dünyanın reaksiyası barədə Medvedev maraqlı fikir söyləyib. O deyib ki, müharibədən sonra münaqişənin yoluna qoyulmasında onun görüşdüyü avropalı, amerikalı siyasətçilər təklikdə ona deyirdilər ki, “Özünüz necəsə, yoluna qoyun. Elə edin ki, adamlara daha ziyan dəyməsin və bizim tərəfdaş (Yəni Gürcüstan – Azadlıq Radiosu) sakitləşsin”.

MÜHARİBƏNİN REGİONA TƏSİRİ

Xarici Əlaqələr üzrə Avropa Şurası adlı beyin mərkəzinin baş təhlilçisi Stefan Meister isə Azadlıq Radiosuna deyir:” Rusiya müharibəni uddu, ancaq bu müharibə onun Cənubi Qafqazda etnik münaqişələrdə vasitəçi ola biməyinə zərbə vurdu”.

Meister: “Müharibə digər post-sovet respublialarına da siqnal oldu ki, Rusiya öz maraqlarına görə gücə əl atmağa hazırdır”.

Meisterin fikrincə, Cənubi Qafqazda Rusiyaya etimad bir az da laxladı. Hətta Rusiyanın regionda yaxın tərəfdaşı olan Ermənistan da qazın qiymətlərinə və Avrasiya Birliyinə daxil olmaq üçün Rusiyadan gördüyü təzyiqlərə görə hazırda Rusiyaya şübhə ilə baxır.

Azərbaycan isə çoxdandır ki, öz enerjisi hesabına Rusiyadan uzaq, öz müstəqil yolu ilə getməyə çalışır.

Azərbaycanın keçmiş Dövlət Müşaviri Vəfa Qulzadə: “Rusiya-Gürcüstan müharibəsi Rusiyanın Gürcüstana qarşı təcavüzü idi. Bu həmçinin göstərdi ki, Rusiya həmin imperiya olaraq qalır. Regionun bütün xırda xalqlarına və bütün əhalisinə qarşı”.

2008-ci il müharibəsindən sonra Rusiya beynəlxalq ictimai rəyin mənfi münasibətini yumşaltmaq üçün regionda özünün təkcə müharibə edən dövlət yox, həm də sülh yaradan olduğunu göstərmək üçün Dağlıq Qarabağ probleminin həllində vasitəçi rolunu gücləndirməyə cəhd etdi. Ancaq bu, heç bir nəticə vermədi.

AVROPA BİRLİYİ GƏLDİ

Yerevandakı Regional Tədqiqatlar Mərkəzinin təhlilçisi Richard Giragosian: “Müharibədən sonra, xüsusilə Barack Obamanın prezidentliyi dövründə ABŞ-ın Cənubi Qafqazdakı siyasəti ABŞ-Rusiya münasibətlərinin” kölgəsinə keçdi”.

Ancaq regionda Rusiyanın irəlilədiyini görən Avropa Birliyi müharibədən sonra xeyli fəallaşdı. Məhz Avropa Birliyi Rusiya ilə Gürcüstan arasında atəşkəsə nail oldu. Gürcüstanın qalan ərazisi ilə Abxaziya və Cənubi Osetiya arasında inzibati sərhədləri də Avropa Birliyi monitoring edir.

Avropa Birliyi 2009-cu ildə Şərq Tərəfdaşlığı proqramına başladı. Bu proqram 6 keçmiş sovet respublikasını - Belarus, Moldova, Ukrayna, Azərbaycan, Gürcüstan və Ermənistanı Avropa Birliyinə yaxınlaşdırmaq məqsədi güdür.

Giragosian hesab edir ki, bu proqram Ermənistanda və Gürcüstanda demokratikləşmə və qanunun aliliyi istiqamətində islahatlarda mühüm rol oynayır. Təhlilçinin fikrincə, Avropa Birliyinin monitorinqinin nəticəsində Gürcüstanada 2012-ci ildə parlamentə demokratik seçki keçirildi. Ancaq Giragosian hesab edir ki, bu proqramın çatışmayan cəhəti təhlükəsiliyin bura aid edilməməsidir.

FİLOSOF: “25 İLLİK MÜHARİBƏ HƏLƏ BİTMƏYİB”

Gürcüstan müharibəni uduzdu, Saakashvilini qınayan çoxdur. Ancaq Gürcüstanlı filosof Zaza Shatirishvili deyir: “Müharibə Rusiyanın intiqamı idi. Kosovoya Qərb dəstəyinin və son 15-20 ildə Rusiyanın başqa məğlubiyyətlərinin əvəzini çıxmaq idi. Ancaq bu müharibə bizim imperiyaya qarşı 25 illik müharibəmizdə mühüm məqam idi. Bu yol bizi hara aparır, biz bilmirik. Və bu yol bitməmiş nəticə çıxarmaq düzgün deyil”.

Gürcüstan rəhbərliyi müharibə ilə tamamilə pozulmuş ərazi bütövlüyünü indi necə bərpa etmək istəyir?

Baş nazir İvanishvili: “Biz öz ölkəmizi iqtisadi, siyasi və hüquqi cəhətdən elə etməliyik ki, öz abxaz qardaşlarımnızı cəlb edə bilək”.


XS
SM
MD
LG