Azərbaycan prezidenti İlham Əliyev Adış Məmmədovun Azərbaycanın İsveçdəki səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, prezidentin digər sərəncamı ilə Adış Məmmədova birinci dərəcəli fövqəladə və səlahiyyətli diplomatik elçi rütbəsi verilib.
Dövlət başçısı həmçinin Rafael İbrahimovun Azərbaycanın İsveç, Norveç və Finlandiyada səfiri vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.
Həmçinin prezidentin digər sərəncamı ilə Fəxrəddin Mirzəyev isə Azərbaycanın Çex Respublikası Karlovı Varı şəhərindəki fəxri konsulu təyin edilib.