Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:11

Milli Şura ehtiyat namizəd məsələsini təxirə saldı


Milli Şuranın sessiyası
Milli Şuranın sessiyası
-
Avqustun 12-də Milli Şuranın 5 saatdan çox davam edən qapalı müzakirəsi başa çatıb.

Yerli media Şura üzvlərinin ehtiyat vahid namizəd ətrafında qızğın müzakirələr apardığını, amma bununla bağlı qərar qəbul edə bilmədiklərini yazır.

KXCP sədri Mirmahmud Mirəlioğlu mətbuata deyib ki, ehtiyat namizəd haqda ümumiyyətlə müzakirə aparılmayıb. O bildirib ki, toplantıda Rüstəm İbrahimbəyovun namizədliyini axıra qədər müdafiə etmək barədə qərar qəbul olunub. Mirmahmud Mirəlioğlu bununla bağlı fikir ayrılığı olmadığını da vurğulayıb:

Milli Şuranın toplantısı

Your browser does not support iframes.

«Milli Şuranın vəzifəsi vahid namizədin qələbəsinə qədər çalışmaqdır. Rüstəm bəyin namizədliyinin axıra qədər müdafiə olunması haqda əvvəldən də qərar vardı. Bu gün bir daha belə bir qərar alındı».

«İbrahimbəyovun namizədliyi qeydə alınmazsa, namizəd kim olacaq» sualına Mirmahmud Mirəlioğlu belə cavab verib:

«Buna o zaman – avqustun 19-da Milli Şuranın sessiyasında baxılacaq».

Bundan başqa, avqustun 18-də paytaxtda ümumrespublika mitinqinin keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edildiyi də bildirilib.

Müsavat başqanı İsa Qəmbər «hər şey yaxşı olacaq» deməklə kifayətlənib. Başqa toplantı iştirakçıları da sualları cavablandırmadan gediblər.

Azərbaycanda oktyabrın 9-da prezident seçkisidir.

Milli Şura Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüb. Bununla bağlı avqustun 12-də Milli Şuranın Təşəbbüs Qrupu da yaradılıb, vahid namizədin sənədlərinin hazırlanaraq MSK-ya təqdim edilməsi haqda qərar verilib.

Yazıçı, rejissor Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olması onun seçkidə iştirakına mane olur. Buna görə də o, vətəndaşlıqdan imtina ilə bağlı Rusiya hökumətinə müraciət edib. Amma hələlik müraciətinə cavab almayıb. O üzdən o bir gün öncə Milli Şuraya göndərdiyi məktubda başqa namizədlərin də irəli sürülməsini tövsiyə edib.
XS
SM
MD
LG