Qaxın mərkəzindən səkkiz km aralıda, Qum kəndində yerləşən 16 əsrlik Alban məbədi. Məbəd ölkə əhəmiyyətli tarixi abidə olsa da, dövlət tərəfindən qorunduğu qeyd edilsə də Abbas Atilayın fotolarından məbədin qara günlərini yaşadığı görünür.
16 əsrlik Alban məbədi

1
Qax rayonunun Qum kəndi ərazisində yerləşən IV–V əsrlərə aid üçnefli, günbəzli alban məbədi. Qədim Bizans memarlığındakı bazilika tipində inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası da adlandırılır.

2
Bazilika Qax şəhərinin səkkiz kilametrliyində Qum kəndinin mərkəzində yerləşir.

3
Fələstinli xristian missioneri Yeliseyin atəşpərəstlər tərəfindən öldürüldüyü yerdə Alban çarı III Mömün Vaçaqanın göstərişi ilə inşa olunduğu ehtimal edilir.

4
Bazilika planda 36,5 metr uzunluğa, 19,3 metr enə malikdir. Planda T şəkilli sütunların iki cütü və bir cüt pilastrlar üçnefli kompozisiyanı yaradaraq eyni zamanda günbəzli baraban üçün özül rolunu oynayır.