18:39
18.8.2013
Mitinq vaxtı işıqlar söndürülüb. Aksiyaçılar «istefa» şüarları səsləndirir.
18:38
18.8.2013
«Milli Şuranın 19 avqust sessiyasında daha bir ziyalının namizədliyini irəli sürməyə ehtiyac var».
Bunu mitinqdə Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib:
«Yeni namizəd müəyyənləşsə, seçkiyə onunla gedəcəyik. Bu, alınmasa, Rüstəm İbrahimbəyovun özünün də məsləhət gördüyü kimi, müxalif düşərgədən bir neçə namizəd olacaq və namizədlər bir-biri ilə əməkdaşlıq şəraitində prosesə qoşulacaqlar. Sonda əsas namizəd, xalqın əsas namizədi Milli Şuranın namizədi müəyyənləşəcək».

18:31
18.8.2013
-
Milli Şuranın vahid namizədinin tribunaya qoyulmuş iri portretinin altında «Hər kəsin haqqı özünə qaytarılacaq» şüarı yazılıb.
Aksiyada iştirak edənlər «Dəstək Milli Şuraya», prezident İlham Əliyevə xitabən isə «İki dəfə bəsdir, getmək vaxtı gəldi» şüarları səsləndirir.
Mitinqdə övladları orduda həlak olmuş əsgər ailələri də iştirak edir. Onlar mitinqdə övladlarının şəkillərini qaldırıblar

18:24
18.8.2013