Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07

Maaşların 10 faizlik artımı, işbazlar və vətəndaşın cibi.... [Video]


Prezidentin 10%-lik maaş artımına münasibətiniz necədir?
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00
-
Azərbaycan prezidenti İlham Əliyev büdcədən maliyyələşən bir sıra sahələrdə əmək haqlarının 10 faiz artırılması barədə sərəncamlar imzalayıb. Artım sentyabrın 1-dən qüvvəyə minəcək və sosial təminat, kənd, meşə və su təsərrüfatı, elm, turizm və s. sahələrdə çalışanları əhatə edəcək.

950 MİNLİK BÜDCƏ İŞÇİSİ

İqtisadçı-ekspert Natiq Cəfərli, vergiləri də nəzərə almaqla, 10 faizlik artımı ciddi saymır və daha çox seçkiöncəsi piar addım adlandırır. Axı nə məbləğdə olsa da, maaş artımı insanlara xoş təsir bağışlayır. Ancaq iqtisadçının fikrincə, yanvardan gözlənən artım adamların güzəranını elə də dəyişməyəcək:
Natiq Cəfərl
Natiq Cəfərl

«Azərbaycan təcrübəsində əməkhaqqı artımı qiymət artımı ilə müşahidə olunur. Çox güman ki, sentyabrdan sonra, əsasən, ərzağın, başqa gündəlik tələbat məhsullarının və s.-in qiymətlərində addım-addım artımı müşahidə edəcəyik. Buna mövsümi amillər də təsir göstərəcək. Üzü qışa getdikcə, həmişə belə olur. Maaş artımı ilə paralel olduqda, bu qiymət artımı daha çox nəzərə çarpacaq».

Bəs dövlət büdcəsi maaşların daha çox artırılmasına imkan verirmi? Natiq Cəfərlinin dediyinə görə, normal iqtisadi münasibətlərin formalaşmadığı bir ölkədə hökumət uzun illər büdcə ştatlarının şişirdilməsi ilə məşğul olduğundan büdcə təşkilatlarında çalışanların sayı həddini xeyli aşır. Bu ştat artımı normal iqtisadi münasibətlərlə tənzimlənmədiyi üçün dövlət təşkilatlarındakı ştat artımı resursları məhdudlaşdırır:

«Son rəqəmlərə görə, büdcə qurumlarında çalışanların sayı artıq 950 minə çatıb. Bu, Azərbaycan üçün çox böyük rəqəmdir. Bu gün dərin böhran burulğanında çırpınan Yunanıstanda əksər iqtisadçılar problemin kökünü büdcə qurumlarında çalışan insanların sayca çoxluğunda görürlər. Əhalinin az qala 7-8 faizi büdcə təşkilatlarında çalışır. Bizdə isə bu rəqəm 10 faizi də aşıb».

İqtisadçının fikrincə, bu rəqəm Azərbaycan üçün təhlükəlidir, axı büdcə, ÜDM və xarici ticarət neft amilindən asılıdır. Üstəlik, neft hasilatı da getdikcə azalır.
Əli Məsimli
Əli Məsimli

İLDƏ 170 MİLYONLUQ ZİYAN

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli 10 faizlik maaş artımının seçkiyə hesablanmış addım olması fikriylə razılaşmır, əksinə, məhz daha çox artımın seçkiöncəsi söz-söhbətə yol aça biləcəyini söyləyir. Deputat hökumətin maaş artımına kompleks yanaşmalı olduğunu vurğulayır:

«Tutaq ki, inflyasiya 10 faizə qalxanda, onun haradasa 1.5%-i Azərbaycan iqtisadiyyatında gedən proseslərdən qaynaqlanır. Sözügedən inflyasiyanın 1.5-2%-i xaricdən gətirdiyimiz məhsulların üstündə gəlir, yerdə qalan 5-6% bir qrup işbazın süni surətdə qiyməti artırmasından yaranır. Nəticədə qiymət artımının hər faizi Azərbaycan vətəndaşına ildə 170 milyon manat zərbə vurur. Bunu da süni artım faizinə – 5-6-ya vuranda, haradasa 1 milyard manat vətəndaşın cibindən kəsilir».

Əli Məsimli işbazların heç bir iqtisadi əsas gətirmədən qiymətləri yüksəltməsini «mütəşəkkil cinayətkarlıq» adlandırır və belə hesab edir ki, Cinayət Məcəlləsində bu cinayətə görə ayrıca maddə olmalıdır.
XS
SM
MD
LG