Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:32

ATƏT-in müşahidə missiyası Azərbaycanda fəaliyyətə başlayır


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun loqosu
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun loqosu
-

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək uzunmüddətli müşahidə missiyası gələn həftə fəaliyyətə başlayacaq.

APA-nın xəbərinə görə, bunu ATƏT-in Bakı Ofisinin rəhbəri Koral Targay deyib.

Onun sözlərinə görə, missiyanın ofisi avqustun 26-da açılacaq. Uzun müddətli missiyanın tərkibində Azərbaycana 30 nəfər gələcək. Bundan əlavə yardımçı heyət də olacaq.

Səfir deyib ki, seçki günü prosesləri izləyəcək qısamüddətli ATƏT missiyası 180 nəfərdən ibarət olacaq.

Uzunmüddətli müşahidə missiyası ölkədə seçki öncəsi vəziyyətin monitorinqini aparacaq.
XS
SM
MD
LG