-
Yazıçılarımızın kitabları mağazalarda dalda-bucaqda, basırıqda qoyulduğundan gözə dəymir.
Bəzən satıcılar həmin kitabların mağazadakı varlığından belə xəbərsiz olurlar...
Eyvaz Zeynalov
FIKIRLƏR, DÜŞÜNCƏLƏR
Demək olar, hər gün televiziya kanallarının hansındasa kitabların təbliği ilə bağlı xırda-para nəsə göstərilir.
Bütün hallarda təbliğ olunan xarici ədəbiyyatdı. Halbuki onlu da, onsuz da onların bu təbliğata bir elə ehtiyacları yoxdu. Az-çox öz oxucuları var.
Kitab mağazalarında əcnəbi yazıçıların kitabları içəri girən kimi nəzər-diqqəti o saat cəlb edən yerlərdə qoyulur, düzülür. Bəs deyilmiş kimi mağazanın satıcıları müştərilərə ilk növbədə onları təqdim edirlər.
Üstəlik naşirlər də girəvə tapan kimi harda gəldi (televiziya kanallarında, qəzet səhifələrində, özlərinin, özgələrinin saytlarında və s.) nəşr etdikləri xarici ədəbiyyat nümunələrinin reklamı ilə məşğuldular.
Aydındı, xarici ədəbiyyatın tərcüməsinə, nəşrinə maya qoyublar, xərc çəkiblər. Onu çıxartmalı, qazanmalıdılar. Amma unutmamalıdılar ki, bizlərin kitablarını əksər hallarda pulunu əvvəlcədən nəğd alaraq çap edirlər.
Çox təəssüf, doğma ədəbiyyatımız hər yerdə ögey münasibətlə üzləşir.

Bəzən satıcılar həmin kitabların mağazadakı varlığından belə xəbərsiz olurlar. Müəllifin köməyi ilə kitabların arasından güclə axtarıb tapırlar.
Şəxsi müşahidəmə əsaslanıram, müştəri üz qabığı görünən kitabı əlinə alır, vərəqləyir, onunla maraqlanır. Üz qabığı görünənlər də əcnəbi ədəbiyyat nümunələridi.
Son dövr buraxılan xarici ədəbiyyat nümunələrinin çoxu həm tərcüməsi, həm də bədii dəyəri ilə oxucuların ümidlərini doğrultmur.
Reklamlar başqa sahələrdə olduğu kimi burda da aldatmağa hesablanır. Öz ölkəsində yaxşı qarşılanan hansısa əsərin bizdə qəbul edilməməsi təbii haldı. Zövqlər fərqlidi. Bir də, xarici yazıçılar bizimkilər kimi ömürdə bir-iki roman yox, daha çox yazırlar, peşəkardılar, qonorarla dolanırlar.
Ancaq yazılan çoxsaylı romanlardan biri tutur, məşhurlaşır. Naşirlərimiz adı çıxan müəlliflərin tutmayan romanlarını da tutan romanlarının gözünə qatıb bizə sırıyırlar. Alırsan, yarısına qədər oxuya bilmirsən. Məncə, aldanmaqdısa, pulumuzu niyə elə öz yazarlarımızın kitablarına xərcləməyək, onları tanımayaq, onlara kömək durmayaq?..
İnanın, vətən yazarlarının kitablarına əcnəbi ədəbiyyata ayrılan qədər diqqət, para ayrılsa, daha artıq uğurlar qazanarıq. Hər şeydən öncə, onlarda öz dərdlərimiz əks olunub.
Nə qədər inkar etməyə çalışsaq da ədəbiyyatımız yeni inkişaf mərhələsindədi.
Yaxşı əsərlər, kitablar yazılır. Ancaq onlar təbliğ olunmadığına görə kölgədə qalır, tanınmır. Az-çox tanınanlar saytlarda, Facebookda “qalmaqalçı” kimi ad çıxardanların kitablarıdı. Onları da elə həmin saytlardan xəbəri olanlar tanıyır.
Qınamıram. Əvvəla, bunu bacarmaq lazımdı. İkincisi, imanına, insafına, vicdanına tula bağlanası məmurlarımızın yerlərdə yeni-yeni kitabxanalar, kitab mağazaları, köşkləri açmaqdansa sovetlərdən qalma kitabxanaları, kitab mağazalarını ucdantutma özəlləşdirib satdıqları ölkəmizdə bu da bir təbliğat üsuludu.
Təkrar da olsa, xatırlatmağa ehtiyac duyuram, özümüzün hələ də düz-əməlli tanımadığımız Mirzə Şəfinin şeirlərini Bodenştedt alman dilinə tərcümə edən kimi bütün dünyada məşhurlaşdı.
İnanıram ki, müasir yazıçılarımızın əsərləri xarici dillərə yüksək səviyyədə tərcümə edilib yayılsa, eyni taleyi yaşayar. Qardaş Türkiyə örnəkdi. Bu işə dövlət səviyyəsində girişilib və əldə edilən gözəl nəticə göz qabağındadı.
Özgələri tanımağın əleyhinə deyiləm. Onları da tanıyaq. Ancaq vallah, billah, ilk növbədə və daha artıq özümüzü özümüzə tanıtmalı, özümüzü tanımalıyıq! Heç kim gəlib özümüzü özümüzə tanıtmayacaq.
Həm də yaddan çıxartmayaq, bizi başqalarına görə yox, həmin başqaları bizi, özümüzü məhz elə özümüzə görə tanıyacaqlar.
Bu gün öz yazarlarımıza arxa duran naşirlər az qazana, hardasa hətta uduza da bilərlər. Lakin bu günün sabahı da var...