Ukraynanın Avropa Birliyi və ya Gömrük ittifaqına girməsi referendum yolu ilə həll olunacaq.
Bunu prezident Viktor Yanukovich yerli televiziya kanallarına müsahibəsində deyib.
Amma o referendumun nə vaxt keçiriləcəyinə cavab verməyib.
Bu ilin noyabrında Ukraynanın Avropa Birliyi ilə assosiasiv saziş və azad ticarət zonası ilə bağlı razılaşma imzalayacağı gözlənilir.
Moskva Kiyevin Avropaya inteqrasiya planını pis qarşılayır. Rusiya hökuməti bu günlərdə bəyan edib ki, Ukrayna Avropa Birliyi ilə Rusiyanın üzv olduğu birgə gömrük ittifaqı arasında seçim etməlidir.