Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:48

Sizi necə güdürlər?


Gizli termal cameralar
Gizli termal cameralar
-
Müasir texnologiyalar dövründə hər hansı bir şəxsi izləmək üçün arxasınca kimlərisə salmağa, uzaqdan səsini yazmağa və ya şəkillərini, videosunu çəkməyə ehtiyac yoxdur. İndi bu işi müasir texnologiyalar səssiz-səmirsiz görür. Öz kompüteriniz, telefonunuz və ya sosial media ünvanlarınızın köməyi ilə.


WEB CAMERA

2013-cü il avqustun əvvəlində Yeniyetmələr arasında ABŞ gözəli seçilən Cassidy Wolf dizüstü kompyuterinin web camerasından istifadə kiminsə onun məhrəm şəkillərini çəkib şantaj etməsindən polisə şikayət eləyib. FBİ - (Federal Təhlükəsizlik Bürosu) hazırda olayı araşdırsa da, çoxları həmin şəxsin kimliyinin müəyyənləşməsini imkansız sayır.


Webcamera
Webcamera
​Çünki kompyuterçilərin öz aralarında RATting – yəni Uzadan İdarəetmə Vasitələriylə həyata keçirdiyi bu əməliyyat zaman hakerlərin tutulma ehtimalları çox zəif olur.

1990-cı illərdən kompyuterləri uzaqdan idarə etməyə imkan verən sistemlər yaranandan hakerlər də bu sistemlərdən özünəməxsus istifadə yolu tapıblar. Hər hansı bir şəxs bu proqramlar vasitəsilə sizin kompyuterinizin əsl sahibnə çevrilə bilir. Sizin web kameranızı istədiyi vaxt yandırıb-söndürə bilər, yəni sizin həm şəklinizi, həm videonuzu çəkər, həm mikrofonunuzdan səsinizi yaza, həm də kompyurerinizdəki istənilən faylı silə, bank hesabınızdan istifadə edə bilər.

Bundan ötrü onun heç haker olmasına da ehtiyac yoxdur. İnternetdəki haker forumlarında cəmi 15 dollara satılan bir kitabı almaq, xüsusi proqram əldə etməsi və bir qədər bilikli olması yetir.

Bundan sonra məhz sizin də yardımınızla RATting başlanır. Yəni hər hansı yola sizi hansısa proqramı, ya da mahnını kompyuterinizə yükləməyə inandırırlar. Bəzən heç inandırmağa da ehtiyac olmur. Adətən havayı musiqi, kino, proqram və ya oyun yükləməyə çalışdığınızda elə bu proqramı da endirib-yükıəyirsiz. Bundan sonra siz də onların dili ilə desək, hakerin “kölə”sinə çevrilirsiz.


Kompyuter və antivirus proqramlarınız köhnədirsə, lisenziyasız proqramlardan istifadə edirsinizsə bu cür viruslara, casus proqramlarına yoluxmaq şansınız daha çoxdur.
Əgər, web kameranızın işığı öz-özünə yanıb sönürsə, bu o deməkdir ki, biri sizə göz qoyur.

2013-cü ilin iyul ayında Qlazqodan olan 20 yaşlı tələbə qız Rachel Hyndman da məhz vanna qəbul edərkən laptopunda DVD film izlədiyində kamerasının işığının yandığını görüb şübhələnmişdi. BBC-nin xəbərinə görə, bənzər fəaliyyətlərə görə Şotlandiyadan, Banffshiredən olan 36 yaşlı 5 uşaq atası Matthew Anderson ilyarımlığına həbs olunub. Onu 200 minə yaxına kompyuteri yoluxdurmaqda və onlarla qızın videolarını, və ya canlı görüntülərini haker forumlarına qoymaqda günahkar bilmişdilər.

Eyni texnologiyadan istifadə etməklə siz özünüz də web kameranızdan istifadə edə bilərsiz. WebCam Spy və başqa proqramların köməyi ilə evinizdə olmasanız da nə baş verdiyini izləmək mümkündür.

MOBİL TELEFONLAR

2006-cı ildə ictimaiyyətə məlum oldu ki, xüsusi xidmət orqanları, məsələn ABŞ-dakı FBİ uzun müddətdir ki, elə telefonlardan da casusluq üçün istifadə edirmiş. Söhbət heç də telefon danışıqlarının dinlənməsindən getmir.

FBİ ABŞ Ədliyyə Nazirliyinin icasəzi ilə Nyu-Yorkdakı kriminalların şəxsi söhbətlərini dinləmək üçün onların mobil telefonlarını dinləmə cihazına “juçok”lara çevirirmiş. 2006-cı ilin dekabrında hakim Lewis Kaplan bu yolla məlumatın əldə edilməsinə haqq qazandıran rəyini açıqlayanda fakt ortaya çıxdı.

Hazırda ABŞ-ın Ticarət Departamentinin təhlükəsizlik idarəsi özü xəbərdarlıq edir ki, “istənilən mobil telefonlar xüsusi virus şəklində proqramın köməyi ilə səsyazma və ya ötürücü cihaz kimi istifadə oluna bilər.

Financial Times yazır ki, bundan ötrü xüsusi yükənən proqram dinlənmə sırası gəldiyində özü telefonu FBİ-ın xüsusi xəttinə qoşur. Telefonu söndürmək də bu zaman kömək etmir, yeganə əlac telefonnbatareyasının da çıxarılmasıdır.

ABŞ və dünyanın demək olar ki, bütün ölkələrində qüvvədə olan qanunlar imkan verir ki, hüquq-mühafizə orqanları xüusi qaydalarla bu üsullardan istifadə etsinlər.


İNTERNET VƏ SOSİAL MEDİA

Sosial statusundan asılı olmayaraq istənilən şəxs haqda məlumat toplamağın indi ən geniş yayılmış yollarından biri də internet və sosial şəbəkələrdir. Hakerlər bir yana, bir çox dövlətlər də öz vətəndaşları haqda bu cür məlumatları toplayır və xüsusi texnologiyalar vasitəsilə analiz edərək onları fiziki olaraq izləmədən də nə etdiklərindən və edəcəklərindən xəbərdar olurlar.

ABŞ Milli Təhlükəsizlik Agentliyində çalışan Edward Snowdenlə bağlı yaşanan qalmaqal bu faktlardan ən sonuncusudur.

Rəsmən ABŞ, Britaniya və başqa dövlətlərin təhlükəsizlik orqanları bu cür analizlərdən istifadə edirlər.


ABŞ-ın UTAH ştatında 2 milyard dollarlıq yeni mərkəz salınır. 2013-cü ilin sentyabrından fəaliyyətə başlayacaq mərkəzdə qurulan serverlərdə ilə bir neçə yottabayt – yəni bir neçə trilyon terrabaytlıq informasiyanı emal etmək mümkün olacaq. Müqayisə üçün ekspertlər deyir ki, hələ insanlıq yaranandan heç bir yottabaytlıq informasiya toplanmayıb. Sosial şəbəkələr və internet provayderlərin məlumat bazaları iri dövlətlərə deyil, hətta biznes şirkətlərinə də imkan verir ki, həm öz işçilərinin, həm də potensial müştərilərinin internetdə nə yazdığını, nəyə baxdığını, nəylə maraqlandığını öyrənsinlər.


YERDƏ VƏ GÖYDƏ GİZLİ KAMERALAR
Əgər hər hansı şəxs kompyuterlərdən və mobil telefonlardan istifadə etmirsə, bu zaman kimisə izləmək üçün gizli kameralar şəbəkəsindən istifadə olunur.


Kabelli və ya kabelsiz, 3G və ya WiFi internetlə çalışan kabelsiz kameralardan istifadə artıq məişətdə geniş yayılıb.
Dünyanın bir çox dövlətləri CCTV və İP kameralardan əsasən yol hərəkəti və ictimai asayişə nəzarət etmək bəhanəsi ilə istifadə edilər. ABŞ, Britaniya və Çində bu kameralar vasitəsilə əldə olunan görüntüləri emal etmək üçün yaradılan xüsusi sistemlərə hər il milyardlarla dollar xərclənir.

ABŞ və Britaniyada isə yerüstü kameralardan əlavə təhlükəsizlik məqsədi ilə göydə uçan kameralardan da istifadə olunur. Miniatür pilotsuz təyyarələr nümunəsiylə hazırlanan bu kameralar indi hətta böcək və ya başqa formalarda da olur, divarlarda yeriyə, uça-uça video çəkilişlər apar və ya səs yaza bilir.

Bundan başqa hərbi məqsədlər üçün kosmik peyklərdə quraşdırılan kameralardan da istifadə olunur ki, bu kameralar da bir neçə kilometr məsafədən yer üzündə baş verənləri 10 sm dəqiqliyinə qədər göstərə bilir.

RADİOÇİPLƏR VƏ BAŞQA TEXNOLOGIYALAR
İnsanlara və mallara nəzarət etməyin bir yolu da, radio ötürücü çiplər vasitəsilə həyata keçirilir. Hazırda bir düyü dənəsi boyda olan bu çiplərin hazırlanması da qəpik quruşa başa gəlir deyə, onu kütləvi şəkildə istifadə edib hətta paltarların, ərzaq qablarının içinə də yerləşdirmək olur. ABŞ və Meksikada bir neçə şirkəti də dəri altına yeridilən çiplərdən işçilərinə nəzarət üçün də istifadə edir.

Hər hansı bir şəxs və ya cihazın yerini müəyyənləşdirmək üçün telefonlar və navigasiya sistemlərində quraşdırılan GPS-lərdən, internet və mobil telefon şəbəkələrdən də istifadə olunur.
XS
SM
MD
LG