Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:54

Amerika 11 sentyabr qurbanlarını anır


ABŞ prezidenti anım mərasimində. Washington, 11 sentyabr 2013
ABŞ prezidenti anım mərasimində. Washington, 11 sentyabr 2013
-

"11 sentyabr" - dünya tarixində ən böyük terror aktıdır bu. Təxminən 3 min nəfər həyatını itirib.

Washington-da Ağ evdə keçirilmiş anım mərasiminə prezident Barak Obama və vitse-prezident Joe Biden öz xanımları ilə qatılıblar. Terror qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Prezident qurbanların yaxınlarına başsağlığı verib, günahsız insanlara qarşı dəhşətli cinayəti pisləyib.

Obama deyib ki, ölənlərin xatirəsi daim amerikalıların qəlbində yaşayacaq. Onların ruhuna daim dua oxunacaq.

2001-ci ildə islamçı terroristlər koordinasiya olunmuş şəkildə Amerikada təyyarələr qaçıraraq onları mühüm binalara, o cümlədən Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin binalarına çırpmışdılar.

Terror aktını Əl-Qaidə təşkilatı törətmişdi.
ABŞ - İnsanlar Dünya Ticarət Mərkəzində terror aktından sonra rəşadət göstərmiş xilasediciləri yad etmək üçün paltarlarına onların təşkilatının emblemini vurublar, 11 sentyabr, 2013, New York
ABŞ - İnsanlar Dünya Ticarət Mərkəzində terror aktından sonra rəşadət göstərmiş xilasediciləri yad etmək üçün paltarlarına onların təşkilatının emblemini vurublar, 11 sentyabr, 2013, New York

Təyyarələr Dünya Ticarət Mərkəzinin qoşa göydələnlərinə çırpılandan İki saat sonra çökmüş və işərisindəki insanların çoxu dağıntılar altında tələf olmuşdu.

Üçüncü təyyarə Pentaqona çırpılmış, binanın bir hissəsi dağılmışdı. Terrorçular dördüncü təyyarəni də Vaşinqtona yönəltmiş, amma sərnişinlər onlarla əlbəyaxa olduqları üçün qəzaya uğramışdı.

Əl-Qaidə təşkilatının rəhbəri Osama bin Laden əvvəlcə bu terror aktı ilə bağlılıqları olmadığını desə də, 2004-cü ildə məsuliyyəti öz üzərinə götürmüşdü.

Bunun səbəbləri kimi “ABŞ-ın İsraili dəstəklədiyini, İraqa qarşı sanksiya tətbiq etdiyini və Səudiyyə Ərəbistanında qoşun hissələri saxladığını” göstərmişdi.

Terror aktından sonra Amerika əl-Qaidənin və Talibanın olduğu Əfqanıstana hücum çəkmiş və onların hakimiyyətini devirmişdi.

Bu işdə Amerikanı çoxlu sayda ölkə dəstəkləmiş, Azərbaycan hərbçiləri də NATO qüvvələri tərkibində Əfqanıstanda sabitliyin təmin edilməsində iştirak etməyə başlamışdı.

Bin Laden 2011-ci ildə gizləndiyi Pakistanın Abbotabad şəhərində Amerika xüsusi təyinatlıları tərəfindən məhv edilib.

Amerika ordusunun baş qərargah rəisi, General Martin Dempsey sentyabrın 11-də Vaşinqtonda düzənlənən anım mərasimində deyib:

"Heç bir terror aktı bizi rəhbər tutduğumuz dəyərlərdən imtina etməyə məcbur edə bilməz. 11 sentyabr terrorunda ölənlər Amerikanın ən mühüm dəyərləri – azadlıq, məsuliyyət naminə həyatlarını itirdilər”
XS
SM
MD
LG