Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:48

MSK ATƏT-lə razılaşmır


Mərkəzi Seçki Komissiyasının binası
Mərkəzi Seçki Komissiyasının binası
-
Mərkəzi Seçki Komissiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Seçki Müşahidə Missiyasının bu günlərdə yaydığı aralıq hesabatına münasibət bildirib.
MSK ilk olaraq hesabatda qadın namizədin olmaması ilə bağlı iradlara cavab verir.
MSK bildirir ki, gender bərabərliyi ölkə konstitusiyasının 25-ci maddəsi ilə təmin edildiyini diqqətə çatdırır. Məlumatda bildirlir ki, qadınlar həm parlamentdə, həm də hökumətin və məhkəmə hakimiyyətinin tərkibində geniş təmsil olunublar.
Bu seçkilərdə də qadınların passiv seçki hüququndan istifadəsi üçün hər cür şərait yaradıldığı vurğulanır və qeyd edilir ki, qadınların yaradılan bu imkanlardan istifadə etməmələrinin hesabatda vurğulanması ən azı anlaşılmazdır. MSK Avropa ölkələrində indiyədək qadın dövlət başçısı olmayan bir çox nümunələr göstərməyin mümkün olduğunu bildirib.
2010-cu il parlament seçkilərindən sonra ATƏT/DTİHB-nin heç bir tövsiyəsinin düzəlişlərdə əksini tapmaması ilə bağlı irada gəlincə, MSK o vaxt verilən 17 tövsiyədən 12-sinin qəbul edildiyini bildirir. Həm də qeyd olunur ki, bu barədə 2013-cü il avqustun 12-də ATƏT/DTİHB-nin direktoru Janez Lenarçiçə məktub göndərilib.
MSK seçki komissiyalarının təşkili ilə bağlı iradları da qəbul etmir:
«2000-ci ildə ATƏT/DTİHB-nin tövsiyələrinə tam uyğun olaraq, parlamentdə təmsil olunan müxalifət və iqtidar partiyalarının paritet təmsilçiliyi əsasları ilə seçki komissiyaları formalaşıb. İndiki müxalifətdə olan siyasi partiyalar bu paritetdən MSK-nın işini boykot etmək üçün istifadə ediblər. MSK-nın üzvləri qanunla tələb edilən kvorumun olmadığına görə qanunla müəyyən edilmiş müddətlərdə müvafiq qərarları qəbul edə bilmədiyi üçün MSK işi iflic vəziyyətinə düşüb».
Bütün televiziya kanallarının hökumətin nəzarəti altında olması ilə bağlı irada gəlincə MSK bildirib ki, Azərbaycanda bir dövlət, bir ictimai və 33 özəl televiziya kanalı (5 ölkə səviyyəli, 14 regional və 14 kabel) fəaliyyət göstərir.
MSK belə bir qənaətə gəlinməsinə əsas verən əldə olan faktların MSK-ya təqdim olunmasını istəyir.
"Hesab edirik ki, müşahidəçilərin seçki gününə dair rəylərinin seçkilərdən dərhal sonra ayrı-ayrılıqda ATƏT-in internet saytında yerləşdirilməlidir. Bu da missiyanın fəaliyyətinə ictimai etimadın artırılması baxımından faydalı olardı»- deyə Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.
XS
SM
MD
LG