-
Azərbaycanda keçirilən prezidentliyə namizədlərin debatına baxan çoban soyadını «Bədbaxtoğlu» olaraq dəyişəcəyini deyir.
Yardımlıda tragikomik hadisə baş verib. Fermer Cəmil Rüstəmovun dediyinə görə qoyunları debatın qurbanı olub. 70 qoyunun sahibi iddia edir ki, debat zamanı onun qoyunlarını cavnavar paralayıb.
«Debat olmasaydı qoyunlarım qırılmazdı. 70 qoyunum vardı 25 qırıldı. Canavar gəlib parçalayıb. Saat 7-də debat olar? Debat olar saat 9-da camaatın evə yığıldığı vaxt. İş zamanı debat olmaz. Uşağa tapşırdım qoyunları gəldim debata baxmağa. Qoyunlarım da başsız qaldı, qırıldı. Ancaq bir çarəsi qalır qalan qoyunlar qırılmasın deyə debatın vaxtı dəyişilməlidir».
ÇOBANIN AZADLIQRADİOSU-na DEDİKLƏRİ:
ÇOBANIN AZADLIQRADİOSU-na DEDİKLƏRİ: