Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:01

Məmişli kəndinin bir günü fotolarda....

Məmişli kəndi- Gürcüstan Respublikasının Başkeçid rayonunun inzibati-ərazi vahidində yerləşən kənddir. Dəniz səviyyəsindən 1200 metr hündürlükdədir. Məmişli kəndi paytaxt Tbilisidən 63 km cənub-qərbdə yerləşir. Kəndin qədim nəsillərinin xronologiyasına nəzər saldıqda kəndin salınma tarixi 300 ili keçir. Kəndin yaranması ilə kənddə olan böyük, qədim nəsillərin tarixi sıx bağlıdır. Kəndi yaradanlar indiki Azərbaycan Respublikasının Qazax rayonun ərazisində olan İnçə dərəsi Kəmərli kəndindən getmişlər. Tarixi mənbələrdə kəndin adı Dağətəyi (Məmişli) kimi göstərilir. 1886-cı ilin əhalinin siyahayaalınmasına görə kənddə 19 ailə (131 nəfər), 1926-cı ilin əhalinin siyahayaalınmasına görə 64 ailə (362 nəfər), 2002-ci ilin əhalinin siyahayaalınmasına görə isə 908 nəfər yaşadığı qeydə alınıb. Fotoqraf İsmayıl Hüseynovun çəkdiyi fotoları təqdim edirik:

Davamı

Bölmələr

XS
SM
MD
LG