Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:46

İsmayıllı hadisələrində saxlanılanların ibtidai istintaqı yekunlaşır


İsmayıllıda etirazlar yanvarın 24-ü də davam edir
Gözlə

No media source currently available

0:00 0:05:01 0:00

İsmayıllıda etirazlar yanvarın 24-ü də davam edir

-
İsmayıllı hadisələri ilə bağlı saxlanılan şəxslərin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bu barədə AzadlıqRadiosun hüquqşünas Akif Əlizadə məlumat verib:
“Vəkillər cinayət işi ilə tanış olmağa başlayıb. Materiallarla tanışolma mərhələsi çox güman ki, oktyabrın sonuna yekunlaşar”.
İsmayıllı hadisələrində təqsirli bilinib həbs olunan İlqar Məmmədovun vəkili prosesin Şəkidə keçiriləcəyini güman edir:
“Məhkəmə prosesi Şəki ağır Cinayətlər məhkəməsində keçirilməsi ehtimal edilir. Hələ ki, materiallarla tanış oluruq. 18 təqsirləndirilən şəxs var. 26 cildlik işdir. Azı 18 vəkil bu işlə məşğul olur”.
2013-cü il yanvarın 23-24-də İsmayıllıda icra hakimiyyəti başçısının istefası tələbi ilə etiraz aksiyası keçirilib.
Etirazlara rayondakı «Çıraq» otelinin iki əməkdaşının sərxoş vəziyyətdə yerli sakinləri təhqir etməsi səbəb gətirilir.
Həmin aksiya ilə əlaqəli 18 nəfər həbs olunub. Onlardan 14 nəfəri İsmayıllı sakini, 2 nəfər rayon sakini olmayan otel inzibatçısıdır.
Həbs olunalar arasında hadisələrdən bir gün sonra müşahidə üçün rayona gedən REAL Hərəkatının sədri İlqar Məmmədovla Müsavat başqanının müavini, «Yeni Müsavat» qəzetinin əməkdaşı Tofiq Yaqublu da var. Mayın 15-də onların həbs müddəti daha 3 ay uzadılıb.
İsmayıllı hadisələri ilə bağlı həbs olunanlar Cinayət Məcəlləsinin «külli miqdarda əmlakı məhv etmə», «kütləvi iğtişaşlar təşkil etmə, bu cür hərəkətlərdə fəal iştirak etmə» və «hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə» maddələri ilə ittiham olunurlar.
XS
SM
MD
LG