Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:49

İsrail Rohani-nin çıxışını «riyakar» adlandırır


Ruhani BMT tribunasını tərk edir
Ruhani BMT tribunasını tərk edir
-
ABŞ və İran prezidentləri iki ölkə arasındakı problemləri həll etmək üçün danışıqlara başlamaq ideyasını dəstəkləyiblər.

Bununla belə, Nyu Yorkda BMT Baş Məclisində görüşmək imkanları olsa da, Obama və Rohani görüşməyiblər.

ABŞ rəsmiləri deyirlər ki, Obama belə bir görüşün əleyhinə deyildi, ancaq İran tərəfi çətinlikləri qeyd edərək görüşdən imtina etdi.

Prezidentlər görüşsə idi, bu, 36 ildə ABŞ və İran prezidentləri arasında ilk görüş olacaqdı. 1980-ci ildən İranla ABŞ arasında diplomatik əlaqə yoxdur.

Rohani ABŞ-ın İrana qarşı tənqidlərinin qatı tərəfdarı olan Fransa prezidenti Holande ilə isə görüşüb.

İranın siyasi sistemində mötədil yerini tutan Rohani iyun ayında prezident seçiləndən bəri Qərbə danışıqlara hazır olması barədə siqnallar göndərir.

BMT Baş Məclisindəki çıxışı zamanı Rohani deyib: “ İran qarşılıqlı etimad yaratmaq üçün və nəticəyə yönəlmiş danışıqlara hazırdır”.

Rohani İranın nüvə silahı düzəltməsini isə rədd edib. O deyib ki, İranın müdafiə və təhlükıəsizlik sistemində belə silaha yer yoxdur.

Rohani: “İranın nüvə proqramı sırf sülhmərmalı məqsədlər üçündür. Nüvə silahlarına və digər kütləvi qırğın silahlarına İranın müdafiə doktrinasında yer yoxdur və belə silahlar bizim fundamental dini və etik dəyərlərimizə ziddir”.

Rohani nüvə proqramına görə İranı cəzalandırmalı sanksiyalar haqda isə deyib ki, bu sanksiyalar əslində sıravi iranlıları cəzalandırır, onların həyatına zorakı təsir göstərir.

BMT Təhlükəsizlik Şurası İrana qarşı 4 dəfə sanksiyalar qoyub. ABŞ və digər Qərb ölkələrinin də İrana qarşı öz sanksiyaları var. Bu sanksiyalar İranın neft satışını azaldıb, bu isə İran iqtisadiyyatı üçün həyatı əhəmiyyətlidir.

Öz çıxışında Rohani Obamanı münaqişə istəyən qruplara da məhəl qoymamağa çağırıb.

O həmçinin deyib ki, İran aradakı fikir ayrılıqlarını yoluna qoyan danışıqlara açıqdır.

İSRAİLİN REAKSİYASI

Netanyahu
Netanyahu
Rohaninin çıxışını İsrail dərhal rədd edib. İsrailin baş naziri Netanyahu yazılı bəyanatında İran prezidentinin çıxışını “riyakarlıqla dolu sinik çıxış” adlandırıb. Bəyanatda deyilir ki, bu çıxışda BMT qətnamələrini yerinə yetirmək haqda bir kəlmə də yoxdur.

Netanyahunun fikrincə, Rohaninin məqsədi İrana qarşı beynəlxalq tənqidləri səngitməkdir və İran belə səngitməklə nüvə silahını düzəltməyə vaxt qazanmaq istəyir.

OBAMA DİPLOMATİYAYA TƏRƏFDARDIR

Barack Obama isə BMT Baş Məclisindəki çıxışında deyib ki, ABŞ İranı nüvə silahı düzəltməyə qoymayacaq.
Obama BMT -də
Obama BMT -də

Ancaq o, problemi diplomatiya yolu ilə çözməyə tərəfdar olduğunu bildirir.

Obama: “Amerika İranın nüvə proqramından narahatlığını sülh yolu ilə aradan qaldırmaq istəyir. Baxmayaraq ki, biz İranı nüvə silahı düzəltməkdən çəkindirməkdə qətiyik”.

Obama deyib ki, İranla ABŞ arasında inamsızlığın dərin kökləri var. Ancaq o əmindir ki, hər iki ölkənin əhəmiyyətli razılığa gəlmək potensialı var.
XS
SM
MD
LG