Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:36

Qüdrət Həsənquliyev mitinq keçirdi [Video]


-
Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev sentyabrın 27-də Yasamalda seçicilərlə görüş-mitinq keçirib.

O, çıxışında Milli Şuranın namizədi Cəmil Həsənli və qurumun digər üzvləri barədə tənqidi fikirlər səsləndirib:

«Rəsul Quliyev ordan bunları «səriştəsiz» adlandırır, İsa Qəmbər Əli Kərimliyə, o da buna «satqın» deyir. Bu adamları doğrudanmı, yenidən dövlətə qaytarmaq olar?.. Ümid edirəm ki, Azərbaycanın keçmişinə çevrilmiş insanlara səs verməyəcəksiniz».

Prezidentliyə namizəd daha sonra hakimiyyətə gələcəyi təqdirdə xaricdə olan 2 milyarda yaxın valyutanın Azərbaycana qaytaracaqlarını, onu aşağı faizlə sahibkarlara verəcəklərini deyib.

O, həmçinin islahatlardan da danışıb:

«Çalışacağıq ki, ölkədə real hakimiyyət bölgüsü aparılsın, məhkəmələrin müstəqilliyinə nail olaq. Bunun üçün Məhkəmə Hüquq Şurası tam müstəqil fəaliyyət göstərməlidir».

Qüdrət Həsənquliyevin seçicilərlə görüş -mitinqi yarım saata yaxın davam edib.

Sonda partiya sədrinin müavini Elçin Mirzəbəyli aksiyada beynəlxalq təşkilatların nümayəndələrinin iştirakını nəzərə alaraq görüşə gələnləri «Azərbaycan torpaqlarının işğalına son qoyulsun!» deməyə çağırıb.

Bu il oktyabrın 9-da Azərbaycanda prezident seçkisi keçiriləcək. Prezidentliyə 10 namizəd qeydə alınıb. Hazırda təşviqat kampaniyası gedir.
XS
SM
MD
LG