-
Elnaz Eyvazlı
KİMDİR XALQ?
Ağlımız kəsəndən üç-beş qəhrəman obrazı başımıza qaxınc oldu. Ayağımızı hara atdıq, “filankəslərin nəslisiniz,” – deyib yerimizi bildirdilər. Biz də inandıq. Heç araşdırmadıq da ki, bu filankəslər, doğrudanmı, başımıza vurulacaq adamlardırmı?
Sonra da bizi inandırdılar ki, bəs heç o filankəslər də düz-əməlli kişi olmayıb. Birinə oğru, birinə quldur, birinə qaçaq deyib gözümüzdən saldılar. Gül kimi özümüzü aldada-aldada yaşayırdıq. Onsuz da doğruların elə oğrular, lotular olduğu bir zamana gəlib çıxdıq. Öz qanun-qaydaları olan və bu qanunlardan bir addım kənara çımayan, çıxanı da cəzasız qoymayan bu adamlar bizdən min dəfə yaxşı yaşayır, ən azından nəyə, kimə və nə üçün xidmət etdiklərini, daha doğrusu, etmədiklərini bilirlər. Bizim kimi yalançı qanunlara əsir deyillər ki. Daha doğrusu, qanunlara yalançı əsir.
Yox, qanun yazıq neyləsin, onu yazan da bizik, pozan da. Biz, yəni insanlar. Qanun neyləsin ki, biz ona gözdən pərdə asmaq, lazım gələndə üzümzüə tutmaq üzün riayət edirik, yenə də, lazım gələndə onu heç qanun yerinə qoymuruq.
Əlqərəz, sözümün canı tamam başqa idi, deyəsən. Hə, bizi beş-üç kişi ilə ordan-bura, burdan-ora fırladıb xeyli zaman sərf etdilər. Biz indi oğru, qaçaq, quldur dediyimiz o kişiləri bədii əsərlərdən, filmlərdən tanıdıq. Ağırtəbiət, sözü qılıncdan kəsərli, baxışı ilə bir kitablıq söz deyən kişilər... Ya da bu obrazı yaradıb bizi inandırdılar ki, siz busunuz, ağır oturub batman gəlin. Əgər bu deyildiksə, niyə bizi buna inandırıb xəyal qırıqlığına uğradırdınız? Yox, əgər bu idiksə, bəs bizə nə oldu?
Ölkənin, xalqın taleyi söz konusudur, bacılar və qardaşlar! Bu qaragünlü xalq gözünü on kişinin ağzına dikib gələcəyini mərak edir. Bu boyda ağır bir prossesin qarşısında durmaq, rəqabət aparmaq, qalib gəlmək, hələ SEÇİLMƏK hər oğulun işi deyil. Ancaq prosesləri kənardan seyr edəndə, adama elə gəlir ki, ölkə növbəti tragikomediya ərəfəsindədir. Bilmirik gülək, ya ağlayaq. Hansı günümüzə gülürük, hansı halımıza şadıq, bilmirəm. Kimi lağa qoyuruq, kimə... nə isə.
Efirdə prezidentliyə namizədlərin çıxışlarına baxanda, adam özünü alçaldılmış hiss edir. Hər kəs “xalq belə deyir, xalq belə istəyir, xalq məni istəyir” deyir. Kimdir xalq, hə? Kimdir? Kimin adından danışırlar, kimə istinad edirlər, bilmirəm. Xalq – MƏN! Xalq fərdlərin toplusu deyil? Mən də xalqam, xalqın bir nümayəndəsiyəm. Özü də ölkəsini, camaatını, torpağını dəlicəsinə sevən bir nümayəndəsi! Nə istəyirəm, bilirsiniz? Nəyə ehtiyacım var, hansı dərim-sərim, ağrım var, bilirsiniz? Doqquz milyon “MƏN” nin “piyada gəzən”lərindən, ac olanından, daxmalarda yaşayanından, idarə qapılarında sürünənindən, bala itirənindən, bəla çəkənindən xəbəriniz var? Baxdınızmı birimizin gözünün içinə? Göynədimi qəlbiniz? Yox, ümumiyyətlə, qəlbiniz göynəyə bilirmi?
Debatı izləyəndən bir gün sonra doqquz yaşlı qızım soruşur ki, ana, “petux” nə deməkdir? Deyirəm, xoruz. Deyir, yox, məncə, daha nəsə deməkdir axı. Deyirəm, bu hardan çıxdı? Deyir, o gün sən namizədlərin çıxışına baxırdın e, ordan eşitdim, nə deməkdir? Ölüb yerə girməyim gəldi. Bu nə gündür, nə rüzgardır biz düşdük?! Balalarımıza nə cavab verək?
“MƏN” o adamı dövlətimin, bəli, dövlətin yox, məhz DÖVLƏTİMİN rəhbəri görmək istəyirəm ki, torpaqlarını erməni əsirliyində qoyub gəlmək zorunda qalanlar, o torpaqların suyunu içib havasını udanlar sonuncu nəfərinə qədər ölüb qurtarmamış onları yurd-yuvasına qovuşdursun, o adam mənim ölkəmin rəhbəri olmalıdır ki, Azərbaycan müəllimini bəyənmədiyimiz Sovet müəllimi (heç olmasa) hörmətinə qaldırsın (yoxsa ki, müəllim bələdçidir, yox bir konduktordur), müəllimi şagirdin, həkimi xəstənin əlinə baxmaqdan xilas etsin. Rəhmətlik nənəm demiş, oğullar əsgər gedən gündən, analar bazarlıq edərdilər ki, qayıdan kimi toyunu etsinlər, daha qayıdıb tinlərdə qalmasınlar. İndi göstərin hünərinizi görək xalq kimin xalqıdır, kimin xalq adından danışmağa daha çox haqqı var. Qarşı-qarşıya, üz-üzə oturan kişilər, siz də bu xalqın nümayəndəsisiniz, bir fərddən öz eqosu üçün istifadə edən adamın xalq üçün nəsə edə biləcəyinə inandırın bizi görək, biz binəva, bədbəxt xalqı, gözləyirik...
Qaynar.info
Efirdə prezidentliyə namizədlərin çıxışlarına baxanda, adam özünü alçaldılmış hiss edir...