Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:46

Məzahir Pənahov prezidentliyə namizədlərin çıxışlarına münasibət bildirib


-
“Sivil dünya bunlara alışıb. Hesab edirəm ki, bu, namizədin öz səviyyəsidir. Bundan cəmiyyət narahat olmalı deyil. Ancaq debatlarda prezidentin şərəf ləyaqətini ləkələmək olmaz. Milli Şuranın namizədi Cəmil Həsənliyə ciddi xəbərdarlıq edilib”.

Bunları oktyabrın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezidentliyə namizədlərin İTV-dəki çıxışlarına münasibət bildirərkən deyib.

Məzahir Pənahov deyib ki, “yeganə qanunvericiliyin kobud şəkildə pozulması faktı isə Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin prezidentin ünvanına səsləndiyi təhqirdir ki, bu da Konstitusiya ilə qadağandır. Mərkəzi Seçki Komissiyası isə hər zaman çalışıb ki, namizədlərə güzəştə getsin, bu səbəbdən ciddi xəbərdarlıqla kifayətləndik”.
-
XS
SM
MD
LG