Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 11:03

ATƏT müşahidəçiləri: «Seçkilərdə debat çatışmır»


Arxiv foto: ATƏT-in Astana sammitinin keçirildiyi bina
Arxiv foto: ATƏT-in Astana sammitinin keçirildiyi bina
-

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) seçkiləri müşahidə missiyası prezident seçkiləri ilə bağlı ikinci aralıq hesabatını açıqlayıb.

Hesabat 16-28 sentyabr tarixləri arasında seçkiqabağı situasiyanın və seçki kampaniyasının müşahidəsi əsasında hazırlanıb. Hesabatda deyilir:

  • Sentyabrın 16-da başlayan seçki kampaniyası ümumi olaraq sakit mühitdə davam edir. Amma kampaniya dövründə bəzi siyasi şəxslərin ailə üzvlərinin hədələnməsi ab-havanı pisləşdirib. İndiyədək qədər aparılan kampaniyada konkret siyasi platforma deyil, daha çox şəxsiyyətlər hədəfə alınıb, əsaslı debatların çatışmaması ilə müşayiət olunur. Hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının (YAP) başladığı seçkiqabağı təşviqat fəal, yaxşı təşkil olunmuş və maliyyə ilə təmin olunan bir kampaniya təsəvvürü yaradır.

    Hazırkı Prezidentin seçkiqabağı təşviqatı daha çox regional sabitlik, iqtisadi inkişaf və prezidentliyi dövründə əldə edilmiş digər nailiyyətlər üzərində qurulub. Prezidentin şəxsən seçki təşviqatı aparmamasına baxmayaraq, o, ölkə başçısı kimi ölkədaxili səfərlərini davam etdirməkdədir. ATƏT/DTİHB-nin SMM müşahidəçiləri YAP-ın mitinqlərinə məcburi cəlbetmə ilə bağlı 3 hal qeydə alıb.
  • İndiyədək Seçki Müşahidə Missiyası 21 seçkiqabağı təşviqat mitinqini müşahidə edib. MSK seçkiqabağı təşviqat tədbirlərinin keçirilməsi üçün 152 qapalı və açıq məkan müəyyənləşdirib. Bu qanunun tələbilə edilsə belə, bəzi namizədlər həmin məkanları ictimai tədbirlərin keçirilməsi üçün qeyri-məqbul hesab edirlər.
  • Sentyabrın 14-ə qədər olan məlumata görə, seçicilərin sayı 5 milyon 16 min 365 nəfər təşkil edib. Bu da may ayında edilən yenilənmədən sonra əlavə 30 min seçicinin daxil olması deməkdir.
  • MSK hər bir namizəd üçün radio və televiziyada hər həftə 6 saatlıq ödənişsiz efir vaxtı ayırıb. Namizədlərdən ikisi dəyirmi masa formatı ilə əlaqədar etirazlarını bildiriblər.

    Sentyabrın 19-da İTV-də yayımlanan dəyirmi masa zamanı hazırkı Prezident və onun ailə üzvlərinə məxsusluğu iddia olunan xaricdəki əmlak barəsində qızğın müzakirə gedib. Bu müzakirədən sonra Cəmil Həsənliyə Prezident və ailəsinin şərəf və ləyaqətini alçaltmaqla Konstitusiyanın 106-cı maddəsini pozması iddiası əsasında «ciddi» xəbərdarlıq edilib. Lakin diffamasiyaya görə cinayət müddəaları və dövlət vəzifəsi tutanlara diffamasiyadan xüsusi müdafiə verilməsi AİHM-nin presedent hüququna əsasən ifadə azadlığının əsassız məhdudlaşdırılmasıdır.

    Avropa Məhkəməsinin presedent hüququna görə, dövlət başçısının nüfuzunun qorunması onunla bağlı olan məlumat və rəyləri əldəetmə hüququna qarşı müdafiə üçün əsas ola bilməz.
XS
SM
MD
LG