Keçid linkləri

2024, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:38

Avropa Birliyindən sərt bəyanat, Bakının reaksiyası...


Avropa Birliyinin komissarı Stefan Fule və ali nümayəndəsi Catherine Ashton
Avropa Birliyinin komissarı Stefan Fule və ali nümayəndəsi Catherine Ashton
-
Avropa Birliyinin Ali Nümayəndəsi Catherine Ashton və komissar Stefan Fule Azərbaycandakı seçkiqabağı vəziyyətlə bağlı oktyabrın 3-də birgə bəyanatla çıxış ediblər.
Bu barədə Avropa Birliyinin internet səhifəsində məlumat verilib.
Bəyanatda fəalların şübhəli ittihamlarla və insan hüquqları sahəsində beynəlxalq standartlar pozulmaqla həbs edilməsi ilə bağlı narahatlıq ifadə olunub.
Avropa Birliynin Azərbaycan hökumətindən bu sahələrdə hüquqi prosedurlar çərçivəsində şəffaf və ədalətli araşdırmalar gözləyir.
Prezident seçkilərinin ədalətli mühitdə keçirilməsinin təmin edilməsi üçün əlverişli şərait yaradılması zərurəti xüsusi qeyd edilir.
Avropa Birliyi Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti izləməkdə davam edir və ölkənin bu sahədə beynəlxalq öhdəliklərini yerinə yetirməsinə kömək etməyə hazırdır, deyə bəyanatın sonunda bildirilir.

ƏLİ HƏSƏNOV BƏYANATA MÜNASİBƏT BİLRİRİR...

«Catherine Ashtonla Stefan Fulenin fikirləri qeyri-obyektiv, birtərəfli və Azərbaycandakı seçki prosesinin real vəziyyətini təhrif edən qərəzli məlumatlar əsasında formalaşıb».
Bu sözləri AzərTAc-a müsahibəsində Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Avropa İttifaqının rəsmi şəxslərinin bəyanatına münasibətini bildirərkən deyib.
Əli Həsənov
Əli Həsənov
«​Tam məsuliyyətlə bildiririk ki, Azərbaycanda seçki kampaniyası mövcud qanunvericilik və beynəlxalq təcrübəyə uyğun keçirilir. Seçki prosesinin bütün mərhələlərində prezidentliyə namizədliyini irəli sürmüş şəxslərin öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində həyata keçirməsi üçün zəruri şərait yaradılmışdır. Namizədlər istər Bakıda, istərsə də regionlarda öz seçiciləri ilə görüşlərini sakit, hər hansı qanun pozuntusuna yol vermədən təşkil edir, onlara ayrılmış təşviqat imkanlarından bərabər şəkildə yararlanırlar. Ümumilikdə, seçki prosesinin təhlükəsizliyi dövlət orqanları tərəfindən lazımi şəkildə təmin olunur».
Əli Həsənova görə, son günlər qanunvericiliyin tələblərini pozduqlarına görə ayrı-ayrı şəxslərin məsuliyyətə cəlb olunmasının seçki prosesi ilə hər hansı əlaqəsi yoxdur.
«Buna görə də hüquq pozuntusu hallarının aradan qaldırılması ilə bağlı tədbirlərin bilavasitə seçki prosesi ilə əlaqələndirilməsini qeyri-obyektiv və qərəzli yanaşma hesab edirik».
Şöbə müdiri Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Stefan Fulenin bundan əvvəl də Azərbaycanla bağlı reallığı əks etdirməyən bəyanatlar verdiyini vurğulayır.
«Düşünürük ki, seçki dövründə guya Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına, media nümayəndələrinə təzyiq göstərilməsi ilə bağlı iddialar ümumilikdə seçkilərin azad və demokratik xarakterinə kölgə salmaq cəhdidir.
Azərbaycan hökuməti bundan sonra da prezident seçkisi kampaniyasının ölkə qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun davam etdirilməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirəcəkdir. Ümid edirik ki, Avropa İttifaqı rəsmilərinin seçki ilə bağlı növbəti fikir və bəyanatları daha balanslı və gerçəkliyə uyğun olacaqdır» deyə Əli Həsənov bildirib.
XS
SM
MD
LG