Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:55

Tarix boyunca qadağan olunmuş 10 kitab


Foto: Arxiv
Foto: Arxiv
-
Bakı Mədəniyyət və Turizm İdarəsi tarix boyunca qadağan olunmuş əsərlər barədə məlumat yayıb.

Xəzər rayon MKS-in İnformasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulovaya istinadən yayılan məlumata görə, qadağalar əsasən siyasi, dini və əxlaqi səbəblərdən tətbiq olunur.

Ən çox səs çıxaran kitablar bunlardır:

1. Cəsur Yeni Dünya, Aldous Huxley (1932)

1931-ci ildə yazılıb, 1 il sonra nəşr olunan bu romanın mövzusu sənayeləşmə sonrasındakı tarixdən bəhs edir. Bu kitab İrlandiyada və Amerika Birləşmiş Ştatlarının bir çox ştatında qadağan olunub. Səbəb romanda «neqativ mövzular» olması göstərilib.

2. Qəzəb Salxımları, John Steinbeck (1939)

Steinbeck-in Pultizer mükafatı alan «Qəzəb salxımları» romanı iqtisadi böhranın kəndlərdə yaşayan kasıb insanlara təsirindən danışır. Əkinçiliklə məşğul olan Joad ailəsinin kasıblıqdan evlərini tərk etməsini təsvir edir. Kasıbçılıqdan çox yazmasına görə kitab ABŞ-da qadağan olundu, bütün rəflərdəkilər və vətəndaşlardan ələ keçirilənlər toplanaraq yandırıldı.

3. Xərçəng Tropikası, Henry Miller (1934)

Henry Miller-in məşhur romanı amerikalıların həyatından yazır. Kitab çap olunar-olunmaz Pensilvaniya ştatında qadağan olunub. Səbəb-- əxlaqsız olduğu bildirilib. Sonralar bu kitab 1930-cu illərin ən yaxşı kitablarından sayılıb.

4. Sallaqxana No 5, Kurt Vonnegut (1969)

Billy Pilgram Amerika əsgəridir. 2-ci Dünya müharibəsində alman faşistləri tərəfindən əsir tutulur. Tutulduğu yerin adı da «Sallaqxana No: 5»dır. Orada olduğu müddətdə Billy Pilgram keçmişdən və gələcəkdən müəyyən şeylər görür. Öz ölümü də bu hisslər içərisində olur. Amerika Birləşmiş Ştatlarında uşaqların pis təsirə qapılmasını önləmək üçün qadağan olunmuş 100 kitabın arasına salındı.

5. Şeytan Ayətləri, Salman Rushdie (1988)

Kitab günümüzdə də bir çox müsəlman ölkəsində qadağan olunub. Venesuelada əvvəllər bu kitabla görünmək 15 ay həbs cəzası demək idi. ABŞ-dakı bir neçə böyük kitab evi onu satmaqdan imtina edib.

6. Dibçək olmağın faydaları, Stephen Chbosky (1999)

J.D.Salinger-in «Çovdarlıqda Uçurumdan Qoruyan» kitabından təsirlənən roman yeniyetmə bir gəncin dostuna yazdığı məktublardan ibarətdir. Yeniyetmə cinsi istəklərindən, qapalı olmasından və narkotikə meylliliyindən uzun-uzadı yazır. Kitab homoseksuallığa çağırış olduğu səbəbiylə ABŞ-da qadağan olunub.

7. Parçalanma, Chinua Achebe (1958)

Afrika ədəbiyyatının ən mühüm əsərlərindən sayılır. Kitab 19-cu və 20-ci əsrdə İgbo topluluğundakı ingilis müstəmləkəçiliyindən və xristian missionerlərindən danışır. Malayziyada müstəmləkəçiliyə, istismarçılığa qarşı bir kitab olduğuna görə qadağan olunub.

8. Amerika dəlisi, Bret Easton Ellis (1991)

Bir qatilin hekayəsindən danışır. 1991-ci ildə Almaniyada uşaqlar üçün zərərli olduğu düşünülərək satışı limitləndirildi. Kanada da son illərdə qadağan olunub. Avstraliyanın Kvinslend əyaləti kitabın yalnız 18 yaşından böyüklərə satılmasına icazə verir.

9. Çevrilmə, Franz Kafka (1915)

Ailəsiylə yaşayan Gregor Samsa bir gün yuxudan oyandığında həşərata çevrildiyini görür. Bir zamanlar ailənin ən sevimli üzvü olan Gregor cəmiyyətdən qopmağa başlayır… 20-ci əsrdə kitab Nasist Almaniyasında və SSRİ-də qadağan olunub. Kafka-nın çexcə yazmayıb alman dilində yazması səbəbindən Çexoslovakiyada da qadağan olunub.

10. Lolita, Vladimir Nabokov (1955)

Kitabın pedofil Humbertin azyaşlı qızlarla olan macəralarından danışır. Fransada və dünyanın bəzi ölkələrində pornoqrafik olduğu deyilərək qısa aralarla qadağan olunub.
XS
SM
MD
LG