Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:23

Nobel mükafatı Kanada yazıçısına verildi


Alice Ann Munro
Alice Ann Munro
-

2013-cü ilin Ədəbiyyat üzrə Nobel Mükafatı kanadalı yazar Alice Ann Munro-ya verildi.


İsveç Akademiyası onu "müasir dövr hekayəçiliyində usta yazar" adlandırıb.

Munro 10-dan çox hekayə toplusunun müəllifidir. 2009-cu ildə ingilisdilli ölkələrin ən nüfuzlu ədəbi mükafatı olan “Man Booker International”a da layiq görülüb

Amerikalı hekayəçi Cynthia Ozick hətta ona “bizim Çexov” deyib. (Munronun iki hekayəsini burda oxu).

82 İL ƏVVƏL...

Munro 1931-ci ildə Kanadanın Wingham şəhərində anadan olub. Atası Robert Eric Laidlaw tülkü və toyuq-cücə saxlayan fermer, anası Anne Clarke Laidlaw məktəb müəlliməsi idi.

Munro yazıçılığa yeniyetmə yaşlarında başlayıb. 1950-ci ildə - Qərbi Ontario Universitetində təhsil alarkən “Kölgənin ölçüləri” adlı ilk hekayəsi çap edilib. Tələbəlik illərində ofisiant, tütünyığan, kitabxanaçı işləyib.

1951-ci ildə Jim Munroya ərə gedərək oxumağın daşını atıb. 1963-cü ildə ailə Victoria-ya köçərək "Munro's Books" kitab dükanını açıb (indiyəcən işləyir).

Munro-nun 1968-ci ildə çap edilmiş ilk hekayə toplusu - “Dance of the Happy Shades” (Xoşbəxt kölgələrin rəqsi) Kanadanın ali ədəbi mükafatı olan “Governor General's Award”a layiq görülüb. Sonradan Munro həmin mükafata daha 2 dəfə layiq bilinib.

Alice Munro-nun hekayələri tez-tez “The New Yorker”, “The Atlantic Monthly”, “Grand Street”, “Mademoiselle”, “The Paris Review” kimi nəşrlərdə çıxır.
"Munro"s books"un Internet saytı
"Munro"s books"un Internet saytı

2006-cı ildə çıxan hekayə toplusunu təbliğ edərkən Munro demişdi ki, ola bilsin bu onun sonuncu kitabıdır. Amma bundan sonra daha 2 kitabı nəşr edilib.

Bu ilin iyununda o, Kanada mətbuatına müsahibəsində yazar karyerasını başa vurduğunu deyib...
Alice Munro-nun kitabları
Alice Munro-nun kitabları

MOVZULAR

Onun "The Bear Came Over the Mountain" (Ayı dağdan endi) hekayəsi əsasında 2006-cı ildə “Away from Her” (Ondan uzaqda) filmi çəkilib. Hətta “Oscar”a da namizədliyi irəli sürülüb.

Filmin qəhrəmanları Qrant və Fiona pensiyaya çıxmış ər-arvaddır. 45 ildir birlikdədirlər.
Alice Munro
Alice Munro

Kəndə köçüblər. Fiona yaddaşını itirməyə başlayır, Alzheimer xəstəliyindən əziyyət çəkir və xəstəlik onun həyatını çətinləşdirəndə qərara gəlir ki, ahıllar evinə köçsün. Ahıllar evinin qaydalarından biri də odur ki, yeni pasientlər 1 ay yaxınlarını görə bilməzlər – yeni mühitə tam uyğunlaşmaları üçün. Amma bir aydan sonra arvadına baş çəkməyə gedən Qrant Fionanın onu tamam unutduğunun şahidi olur.

Universitet professoru olarkən Qrant Fionaya xəyanət etsə də, Fiona bunu bilsə də, o, arvadını dərin məhəbbətlə sevir. Ahıllar evində Fionanın nəinki onu unutduğunu, hətta başqa bir pasient – əlil arabasında gəzən Mörfi ilə münasibətinin yarandığını görür. Beləliklə Qrant ahıllar evinə baş çəkməkdə davam etsə də, sadəcə arvadının başqa kişiylə yaxın münasibətlərini müşahidə etməyə məcburdur. Qrantın hətta ağlına bu da gəlir ki, bəlkə də arvadı onu xəyanətlərinə görə bu cür cəzalandırır. Qəfildən arvadı gəlib Mörfini ahıllar evindən evə aparır, maliyyə çətinliyinə görə onu ahıllar evində saxlamaq imkanında deyil. Bu, Fionaya pis təsir edir və daha da özünə qapanır, səhhəti pisləşir. Arvadının bu vəziyyəti Qranta pis təsir edir, onun üçün Fionanın tək qalıb özünü bədbəxt hiss etməsindənsə başqa kişiylə özünü xoşbəxt hiss etməsi yaxşıdır. O, çıxış yolunu Mörfigilə gedib onun arvadını dilə tutmaqda, birtəhər Mörfini ahıllar evinə qaytarmaqda görür...

(Filmin treyleri)

Film 2009-cu ildə Toronto film festivalında debüt edərkən Munro da orada olub və bildirib ki, xərçəngdən və ürək xəstəliyindən müalicə alır (sonuncuya görə şuntlama əməliyyatı tələb edilir).

Munro-nun hekayələrindəki hadisələr onun yaşadığı Ontario vilayətində baş verir.

Bu regional fokus onun nəsrinə xas əsas cəhətlərdəndir.

Munro-nun hekayələrini çox vaxt Çexovun hekayələri ilə müqayisə edirlər. Süjet ikinci dərəcəli əhəmiyyətə malikdir, “çox az şey baş verir”. Hər şey ani baş verən hadisəyə, qəfil ortaya çıxan detala, gözlənilmədən nəyinsə dərkinə əsaslanır. Bütün bunlar hekayənin mövzusunu, oradakı olayları mənalandırır.

Munronun tez-tez toxunduğu (xüsusən yaradıcılığının erkən dövrlərində) mövzulardan biri də kiçik şəhərdə yaşayan qızların böyüdükcə ailədə üzləşdikləri dilemma, valideynləri ilə konfliktləridir. Son dövr yaradıcılığında isə o daha çox orta yaşlı qadınların, tənha və ahıl yaşlı qadınların problemlərindən yazır.

HEKAYƏ, YOXSA ROMAN?..
Alice Munro
Alice Munro

Bəzi tənqidçilər bildirirlər ki, Munronun bir çox hekayələri janrın sərhədlərinə sığmır, roman dərinliyinə malikdir.

Amma digər ədəbiyyatşünaslar bunun qüsurlu cəhət olmadığını deyərək qeyd edirlər ki, əsas odur ki, oxucu həmin əsərləri maraqla oxuyur.

Munro 4 qız dünyaya gətirib: Sheila, Catherine, Jenny və Andrea. Catherine körpəykən ölüb.

Alice və James Munro 1972-ci ildə boşanıblar.

Ontario-ya qayıdan Alice Qərbi Ontario Universitetində çalışmağa başlayıb və 1976-cı ildə coğrafiyaçı Gerald Fremlin-ə ərə gedib.

Fremlin bu ilin aprelində dünyasını dəyişib.


Alice Munronun iki hekayəsini burda oxu
XS
SM
MD
LG