Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:04
Milli Şuranın seçkilərin nəticələrinə etiraz mitinqi
Gözlə

No media source currently available

0:00 0:04:46 0:00

Milli Şuranın seçkilərin nəticələrinə etiraz mitinqi

Azərbaycanda keçirilmiş prezident seçkisinin nəticələrinə etiraz edən Milli Şura Bakı şəhərinin Yasamal rayonunda mitinq keçirib. Mitinqdən sonra saxlananlar olub.

17:29 12.10.2013
Mitinq başa çatdı
17:24 12.10.2013
Müsavat başqanı İsa Qəmbər öz çıxışı zamanı deyib:

«Mən hər şeydən əvvəl 2013-cü il prezident seçkisinin qalibi Cəmil Həsənlini təbrik edirəm. Gənclərə, inanclılara, bütün fədakar insanlara bu qələbəni qazanmaqda yardım etdiyi üçün təşəkkür edirəm».

Bundan sonra Müsavat başqanı: «...vaxtilə İlham Əliyevə mitinq tribunasından dedim ki, namizədliyini vermə, imkan ver xalq öz prezidentini seçsin, buna kömək elə, sənə də yaxşı olsun, xalqa da... Bunu etmədin... İndi İlham Əliyevə yaxın adamlardan biri mənə xəbər göndərib ki, o zaman təklifinizi dəyərləndirə bilmədik, indi nə edə bilərik...».

İsa Qəmbər İlham Əliyevə müraciət edərək «Sən Moskvada institut bitirmisən, ATƏT-in hesabatındakı 58 faiz bilirsənmi nə deməkdir? O deməkdir ki, dünya sənin prezidentliyini tanımır, seçkilərin saxta olduğunu qəbul edir».
17:19 12.10.2013
Türkiyənin «Mərmərə» qrupu deyib ki, belə seçkilər heç Türkiyədə də keçirilməyib.

Cəmil Həsənli bildirdi ki, onların əlində «Mərmərə» qrupu haqqında, onun hakimiyyətdən aldığı vəsaitlər barədə məlumatlar var və onu bu yaxınlarda açacaqlar.

Bundan sonra Məmməd Əmin Rəsulzadənin 1953-cü ildə «Amerikanın səsi» radiosuna verdiyi çıxışı səsləndirilib.

Davamı

XS
SM
MD
LG