Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:26

Gülağa Aslanlı sərbəst buraxılıb


Polis MSK-nı şikayətlərdən necə qorudu
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

Cəmil Həsənlinin nümayəndəsi Gülağa Aslanlı saxlanmasının məqsədli olduğunu deyir

-
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı Binəqədi rayon məhkəməsinə aparılıb.

Binəqədi rayon məhkəməsində hakim Rəşid Əliyevin sədrliyi ilə Gülağa Aslanlının işi üzrə proses başlayıb.

İbrahim Ələkbərov məhkəməyə verdiyi ifadədə deyib ki, oktyabrın 13-də səhər saat 10 radələrində yoldan keçərkən tanımadığı adam zibil atarkən suyu onun üzərinə sıçrayıb. Bundan sonra tərəflər arasında mühabisə yaranıb. Və onlar bir-birlərini söyüblər. Bu vaxt yaxınlıqdakı mülki geyimli polis İbrahim Ələkbərovu ictimai yerdə söyüş söydüyünə görə polisə aparıb. Polisdə üzərinə zibil suyu tödüyünə görə Gülağa Aslanlıdan şikayət ərazisi yazıb. Bu əraziyə əsasən, G.Aslanlı polisə dəvət olunub.
Binəqədi məhkəməsi prosesin birinci hissəsinə baxıb. Və şikayətçini İnzibati Xətalar Məcəlləsinin 236-cı (ictimai yerdə söyüş söymə) maddəsi ilə 10 sutkalığa həbs edib. Gülağa Aslanlı məhkəməyə bildirib ki, bu şəxsi ilk dəfə məhkəməyə gələrkən görüb. Onlar arasında hər hansı mübahisə olmayıb.
Məhkəmə Gülağa Aslanlıya xəbərdarlıq edərək, sərbəst buraxıb.

GÜLAĞA ASLANLI KİÇİK XULİQANLIQ TÖRƏTMƏKDƏ ŞÜBHƏLİ BİLİNİR...
Gülağa Aslanlı, İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsiylə - kiçik xuliqanlıq törətməkdə şübhəli bilinir. Bu barədə AzadlıqRadiosunun onun özü məlumat verib. Bildirib ki, hazırda Binəqədi rayon Məhkəməsinin qarşısındadır:
«Bura Binəqədi 7-ci polis bölməsinin əməkdaşları və şikayətçi ilə birlikdə gəlmişik. Materiallar məhkəməyə təqdim olunandan sonra işə baxılacaq».
Gülağa Aslanlı dünən saxlanıb. O, yaşadığı ərazidən bir nəfərin üzərinə zibil atmaqda, həmin şəxsə qarşı nalayiq ifadələr işlətməkdə şübhəli bilinir. Gülağa Aslanlı həmin şəxsi ilk dəfə bu gün (oktyabrın 14-də - red.) polisdə gördüyünü və bu hadisəni Mərkəzi Seçki Komissiyasının uydurduğunu deyir:
«Əsas məqsəd mənim dünən MSK-ya sənədlərin əslini çatdırmamın qaşrısını almaq idi».
MSK katibi deyib ki, həmin şikayətlərin araşdırılması üçün müvafiq sənədlərin əsilləri istənilib və G. Aslanlı ilə dəfələrlə əlaqə saxlanılıb. MSK G. Aslanlının bu müraciətini təmin etməyib.

İttiham təsdiqlənərsə o, 50 manatdan 100 manatadək cərimə edilə və ya işin hallarına görə, 15 günədək inzibati həbsə məhkum oluna bilər.

CƏMİL HƏSƏNLİNİN NÜMAYƏNDƏSİ SAXLANIB

MSK-nın binası
MSK-nın binası
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı oktyabrın 13-də saxlanıb. Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib. Dediyinə görə, məqsəd onun MSK-ya müvafiq sənədlərini təqdim etməsinin qarşısını almaq olub:
«Məni MSK sədrinin birbaşa göstərişi ilə, bugünkü iclasa qatılmamaq və əlimizdəki aktları təqdim etməyə şərait yaratmamaq üçün səhərdən həbs edib polis bölməsinə aparıblar. Saat 2-yə təxminən 20 dəqiqə işləmiş dedim ki, «MSK-nın iclası qurtardı, məni buraxa bilərsiniz». 10 dəqiqədən sonra buraxdılar».
O, Binəqədi rayon 7-ci polis bölməsində saxlandığını deyir.
«GÜLAĞA ASLANLI İLƏ DƏFƏLƏRLƏ ƏLAQƏ SAXLANILIB»
MSK-nın oktyabrın 13-dəki iclasında Cəmil Həsənlinin bəzi seçki məntəqələrində qanun pozuntuları baş verməsi iddiası təmin olunmayıb.
MSK katibi deyib ki, həmin şikayətlərin araşdırılması üçün müvafiq sənədlərin əsilləri istənilib və G. Aslanlı ilə dəfələrlə əlaqə saxlanılıb. MSK G. Aslanlının bu müraciətini təmin etməyib.
Arxiv foto
Arxiv foto
​Gülağa Aslanlı AzadlıqRadiosuna deyir ki, həmin sənədlərin MSK-ya təqdim olunmasının hüquqi yolları araşdırılır.
Hadisəylə bağlı Müsavat Partiyasının qərargahında mətbuat konfransı keçiriləcək.

POLİS DEYİR Kİ...

Binəqədi rayon 7-ci polis bölməsindən Gülağa Aslanlının saxlandığını təsdiqləyiblər. Ancaq “onun hazırda bölmədə olmadığını” vurğulayıblar. Saxlanmanın səbəbi barədə isə məlumat verilməyib.

MSK DEYİLƏNLƏRİ BÖHTAN ADLANDIRIR

MSK-nın mətbuat katibi Azər Sarıyevin məsələyə münasibəti isə belədir:
“Seçki prosesi ilə bağlı necə böhtan danışırlarsa, bu hadisə barədə də eyni mövqe sərgiləyirlər. MSK sədri onu niyə həbs etdirməlidir ki? Şikayəti dünən təqdim edib və təkidlə ondan təsdiqedici sübutlar istənilib. O isə kserosurətlərdən başqa heç bir şey təqdim etməyəcəyini bildirib”.
XS
SM
MD
LG