Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 03:10

S. Novruzov: Cəmil Həsənli Azərbaycana qayıtmayacaq


Siyavuş Novruzov
Siyavuş Novruzov
-
«Cəmil Həsənli Azərbaycandan gedib. Bizə qabaqcadan da bəlli idi ki, Cəmil Həsənli ona verilən tapşırığı yerinə yetirdikdən sonra aradan çıxacaq».

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Siyavuş Novruzov deyib.
S. Novruzov qeyd edib ki, C. Həsənli müəyyən dairələrin maraqlarını burada təmsil edib:

«Böhtan xarakterli, erməni mənbələrinə istinad olunan məlumatları Azərbaycan cəmiyyətinə sırımaqla məşğul oldu. Bunu Azərbaycan xalqı da başa düşdü ki, onun seçki kampaniyası şər, böhtan xarakteri daşıyır. Seçkinin nəticəsi göz qabağındadır. Xalq İlham Əliyevi seçdi, dəstəklədi və növbəti beş il üçün ölkənin prezidentini müəyyənləşdirdi. Bu baxımdan artıq Cəmil Həsənlinin başqa variantı qalmadı. O, Azərbaycana qayıtmayacaq. Birincisi, nəzər salsaq, görərik ki, onun ətrafındakıların heç biri Azərbaycanda yaşamır, hamısı xaricdədir. Yalnız özü burda idi, o da getdi. Yüz faiz qayıtmayacaq».

Prezidentliyə namizəd Cəmil Həsənli oktyabrın 13-də Avropaya yola düşüb. O, Brüsseldə və Strasburqda Avropa İttifaqı və Avropa Şurasının rəsmiləri ilə görüşlər keçirir. Görüşlərdə Azərbaycanda mövcud ictimai- siyasi durum, Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində Avropa ilə Azərbaycan arasında əməkdaşlıq, 9 oktyabr prezident seçkilərinin yekunları və seçkinin nəticələrinin saxtalaşdırılması və s. məsələlər müzakirə ediləcək.
Noyabr ayında isə Cəmil Həsənlinin ABŞ-a səfəri olacaq.
XS
SM
MD
LG