Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:32

Valideynləri Orxan Zeynalov haqda AzadlıqRadiosuna bunları dedilər [Video]


Zeynalovlar: «Oğlumuz günahsızdır»
Gözlə

No media source currently available

0:00 0:04:52 0:00

Zeynalovlar: "Oğlumuz günahsızdır"

AzadlıqRadiosunun müxbiri Gülnur Raqifqızı oktyabrın 15-də Şəmkirin Seyfəli kəndində, Moskvada qətl törətməkdə şübhəli bilinən Orxan Zeynalovun valideyinlərindən müsahibə götürüb. Valideyinləri onun belə bir iş tutmasına inanmadıqlarını deyiblər. Onların sözlərinə görə, Orxanın özü də onlarla telefon əlaqəsi saxlayıb və bu işdə əli olmadığını bildirib. (Söhbət Orxan Zeynalovun həbsindən əvvəl aparılıb)

Orxanın atası Zahid Zeynalov:

"İnana bilmirəm. Orada ticarətlə məşğul idi. 4 ildən çoxdur ki, Moskvadadır. Bu hadisəni eşidəndə çox kədərləndim, dedim ki, mənim oğlum belə bir iş görə bilməz. Bircə onu düşünürəm ki, immiqrantlara görə, bu proses əvvəlcədən planlaşdırılıb ki, Azərbaycanlılar, Müstəqil Dövlətlər Birliyinin vətəndaşları Rusiyaya viza ilə getsinlər. Bəlkə də bu, siyasi bir hadisədir, bəlkə bu hadisəni planlı şəkildə törədiblər? Mən başqa heç nə deyə bilmərəm. İndicə eşitdim, kanalın biri dedi ki, odur, biri isə təkzib etdi, dedirlər, o deyil. Mənim narazılığım odur ki, dövlət səviyyəsində bu hadisəni dəqiqləşdirsinlər ki, həqiqətən bu hadisəni kim törədib, onu cəzalandırsınlar. Yəqin ki, araşdırılanda da eşidəcəksiz ki, o, ölkəni tərk eləməyib.

Yəni ümumiyyətlə deyirlər ki, Rusiyadan kənara çıxan bütün təyyarələrdə başqa millətlərin nümayəndələrini çıxmağa qoymurlar, o ölkəni necə tərk edə bilər? O sadəcə uzaqbaşı Moskvadan 200-300 kilometr kənara çıxa bilər. Amma ölkəni tərk eləməyib".

Orxanın anası Yasəmən Zeynalova da buna inanmadığını deyir:

“Həmişə danışırıq , bazarda alver edir. Həmişə deyirdi ki, hər şey yaxşıdır, işlər qaydasındadır, Nə deyim. Hamı kimi yoldaşları ilə birgə pul dalınca gedib. 5-3 manat pul qazanma
Yasemen Zeynalova
Yasemen Zeynalova
ğa getmişdi. Burda iş yoxdu, oxumayıb, elə bir işi yox idi.

Allah bütün balaların pənahında dursun. Əsəb içindəyəm, onluq heç nə yoxdur, sadəcə şübhələnirlər, elə indicə zəng eləyib ki, mənlik heç nə yoxdur. Mal dalınca gedibmiş, saata baxmadım, təxminən 2-3-də zəng eləmişdi. Dedi ki sağ-salamatçılıqdı, deyilənləri mən də eşidirəm, ora gedəcəm ki, kimin kim olduğunu bilsinlər".

Qeyd edək ki, Orxan Zeynalov bu günlərdə Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakov adlı gəncin qətlində şübhəli bilinir. Rusiya polisi onu Moskva ətrafındakı Kolomne yaşayış məntəqəsində həbs edib.

Yeqor Şerbakovun qətli yerli millətçilərin etirazına səbəb olub. Aksiya zamanı azı 23 nəfər xəsarət alıb, yüzlərlə adam saxlanıb.

Orxan Zeynalov bu rayonda yerləşən meyvə-tərəvəz bazasında çalışır. Şəhər rəhbərliyi artıq bazarı bağlayıb. Bu bazarda əsasən Qafqaz və Orta Asiyadan olan miqrantlar çalışır.

Seyfəlidən reportajı hazırladı:
Gülnur Novruzova
XS
SM
MD
LG